Menu
Geri İrəli

Sumqayıtda azyaşlı uşağı oğurlamaqda təqsirləndirilən qadının məhkəmə istintaqı başa çatıb

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Yanvar 2015 • Baxış sayı: 670 dəfə • Şərh yoxdur

usaq oqrusu234Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda azyaşlı uşağın oğurlamaqda təqsirləndirilən Xırda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən X. Babayeva ifadə verib. O bildirib ki, uşağı olmadığı üçün bu əməli törədib. Daha sonra prosesdə məhkəmə istintaqın yekunlaşması barədə qərar qəbul edilib.

Proses yanvarın 28-də davam etdiriləcək. Həmin gün dövlət ittihamçısı çıxış edəcək.

Qeyd edək ki, ötən il avqustun 13-də Sumqayıt sakini Aysel Əhmədova Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, azyaşlı uşaqları ilə birlikdə parkda olarkən 2 aylıq qızı Aylin tanımadığı qadın tərəfindən oğurlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva ötən il sentyabrın 3-də tutulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın