Menu
Geri İrəli

Sumqayıtda azyaşlı uşağı oğurlayan qadına 12 il həbs cəzası istənildi

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Fevral 2015 • Baxış sayı: 814 dəfə • 1 şərh
Share Button
usaq oqrusuBakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda azyaşlı uşağı oğurlamaqda təqsirləndirilən Xırda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Xırda Babayevanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses fevralın 11-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il avqustun 13-də Sumqayıt sakini Aysel Əhmədova Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, azyaşlı uşaqları ilə birlikdə parkda olarkən 2 aylıq qızı Aylin tanımadığı qadın tərəfindən oğurlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.
Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda azyaşlı uşağı oğurlayan qadına 12 il həbs cəzası istənildi” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    Xırda Babayevanı yox, əvvəldən axıra kimi yalan ifadə verərək, faktiki olaraq mətbuatı və hüquq-mühafizə orqanlarını aldatmış məsuliyyətsiz Aysel Əhmədovanı məsuliyyətə cəlb etmək lazımdır. Çünki o, hər dəfə başqa-başqa ifadələr verirdi. Açıq-aydın görünür ki, o, hansı şərtlər daxilindəsə qızını özü Xırda xanıma vermiş (satmış), lakin sonradan özünü məsuliyyətdən qurtarmaq üçün (axı, qonum-qonşu onun üçüncü uşağının olduğunu bilirdi və nə vaxtsa onu sorğu-sual etdikdə cinayəti ortalığa çıxacaqdı) fikrini dəyişərək, hay-küy qaldırmağa başlamışdı. Baxmayaraq ki, süni “haray-həşirə” ehtiyac yox idi. O, qızını satdığı qadının kim olduğunu da, harda yaşadığını da çox gözıl bilirdi. Odur ki, hüquq-mühafizə orqanlarının Xırda xanımı yox, Ayselin özünü həbs etməsi daha düzgün və ədalətli olardı – fırıldaqçı və şantaj əməllərinə görə.

Şərhinizi yazın