Menu
Geri İrəli

Sumqayıtda “Bayram hər evdə yaşansın” aksiyası

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Dekabr 2015 • Baxış sayı: 1,223 dəfə • Şərh yoxdur

RAMAZAN-PAKETİ“sumqayitxeber.com” xəbər portalı və “SOS Uşaq Kəndləri- Azərbaycan” Sumqayıt Ailələrə Dəstək Layihəsinin birgə təşəbbüsü ilə Sumqayıt şəhərində aztəminatlı ailələr üçün “Bayram hər evdə yaşansın” adlı xeyriyyə aksiyasına başlanıb.
Aksiya çərçivəsində Sumqayıt şəhərində yaşayan ən azı 50 aztəminatlı ailəyə bayram sovqatının təqdim olunması planlaşdırılır. Bayram günündə ailələri sevindirmək istəyən şəxslər aksiyaya qoşula bilərlər.
Xeyriyyə aksiya dekabr ayının 27-nə kimi davam edəcək və 26-27 dekabr tarixlərində bayram sovqatı ailələrə təqdim ediləcək.
Aksiyaya qoşulmaq istəyən şəxslər aşağıdakı ünvanlara müraciət edə bilər:
Ünvan: “SOS Uşaq Kəndləri – Azərbaycan” Sumqayıt Ailələrə Dəstək Layihəsinin ofisi, Sumqayıt şəhər 4 –cü mikrorayon, 29/4, mənzil 3.

Əlaqə telefonları:
Ofis: 65 4 82 09
Mob: 055 277 44 19
055 209 45 00

Facebook Şərhləndirmə:

Şərhinizi yazın