Menu
Geri İrəli

Sumqayıtda bir ilk: “İdeya qrupu” yaradıldı – Sizin də payınız olsun!

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2016 • Baxış sayı: 228 dəfə • 1 şərh

1455709154_12696285_1565858563733957_256477200_nSumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürovun təşəbbüsü ilə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsində “İdeya qrupu” yaradılıb.

Mədəniyyət sahəsində fərqli təklifləri, maraqlı ideyaları olan hər kəsə açıq olan qrup müxtəlif peşə sahiblərini əməkdaşlığa çağırır. İstənilən fikir adamı qrupa müraciət edib, fikir və təkliflərini, maraqlı layihələrini təqdim edə bilər.

Qrupu yaratmaqda məqsəd mədəniyyət sahəsində yeni və fərqli layihələrin həyata keçirilməsi, istedadı və bacarığı olan gəncləri ətrafımıza toplamaq, şəhərimizin mədəni həyatında inkişaf yaratmaqdır.

Təklif və layihələri təqdim etmək üçün aşağıdakı şəxslərə müraciət edilə bilər:

1. Ceyran Axundova. Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi. Məsləhətçi. Tel: İş: 655 4987

2.Arif Vəliyev. Sumqayıt şəhər 4 saylı diyarşünaslıq klubunun müdiri. Sumqayıt şəhər Gənc Mədəniyyət İşçiləri Koordinasiya Kreativ qrupunun rəhbəri. Tel: Mob: 055344 1424

3.Sevinc Bəhmənli. Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi mətbuat xidmətinin rəhbəri. E-mail: sevinc_etibar@mail.ru

Qeyd: Müraciətlər yazılı formada qəbul edilir.

 

Facebook Şərhləndirmə:

“Sumqayıtda bir ilk: “İdeya qrupu” yaradıldı – Sizin də payınız olsun!” yazısına bir cavab

  1. yasemen deyir:

    Dünya bazarında ən çox satılan nədir?…………………………. Arzu edirəm alıcısı biz olaq.

Şərhinizi yazın