Menu
Geri İrəli

Sumqayıtda dəhşətli qəzada ölən 3 nəfərin şəxsiyyəti müəyyənləşib – ADLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Sentyabr 2013 • Baxış sayı: 300 dəfə • 2 şərh

Sentyabrın 17-də saat 00.20 radələrində Sumqayıt şəhəri ərazisində baş vermiş dəhşətli qəzada həlak olmuş 3 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Baş Dövlət Yol Polisi İdarəsindən lent.az-a verilən məlumata görə, şəhərin Sülh küçəsində şəhər sakinləri Anar Məmmədovun idarə etdiyi “Wolksvagen-Passat”, Babək Bağırovun idarə etdiyi “Hyundai-Santafe” və Müslüm Məmmədovun idarə etdiyi “AzSamand” markalı avtomaşınların toqquşması nəticəsində ölən digər şəxslər 1989-cu il təvəllüdlü Şıxəliyev Fərman Pünhan oğlu, 1974-cü il təvəllüdlü Qasımov Rövşən Oruc oğlu və 1989-cu il təvəllüdlü Vəliyev Rəşad Fuad oğludur.

 Qəza zamanı M. Məmmədovun sərnişinlərindən Salyan rayon sakini Qismət Kərimov, B. Bağırovun sərnişinlərindən Siyəzən rayon sakin Rəşad Cəlilov isə hadisə yerindəcə keçinib.

 Qeyd edək ki, yuxarıda adları qeyd edilən şəxslər də B.Bağırovun idarə etdiyi “Hyundai-Santafe”də olublar. B. Bağırov, M. Məmmədov, habelə onun digər sərnişinləri, Sumqayıt şəhər sakini Ramin Məmmədov, Yevlax rayon sakini Ceyhun Əzizov və Bakı şəhər sakini İlloriyan Katlyarov isə xəstəxanaya yerləşdirilib.

 Faktla bağlı cinayət işi açılıb.

Facebook Şərhləndirmə:

“Sumqayıtda dəhşətli qəzada ölən 3 nəfərin şəxsiyyəti müəyyənləşib – ADLAR” yazısına 2 cavab

  1. EMin Əliyev deyir:

    Az Samanda olan shexslerden biri evveller PARK RESTAURANT -da Bash Ashbaz ishelyirdi bir neche hefte idi FORTE -e gelmishdi BASH ASHBAZ

  2. islam deyir:

    siz niye yalandan burda yazirsiz QISMET KERIMOV yerinde olmuyub axi o menim dostum idi o xestaxanada hekim gec geldiyine gore olduyalan yazmiyinda hec olmasa

Şərhinizi yazın