Menu
Geri İrəli

Sumqayıtda əməyin mühafizəsi sahəsində qayda pozuntularının müzakirəsi aparılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Avqust 2015 • Baxış sayı: 503 dəfə • Şərh yoxdur

1438853125_dsc_6683SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində idarə və müəssisə rəhbərlərinin, baş mühəndislərin, istehsalat və sex rəislərinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəs­sislərin və bu sahəyə cavabdehlik daşıyan digər məsul işçilərin iştirakı ilə, 2015-ci ilin birinci yarısında işçilərin əməyinin mühafizəsi sahəsində görülmüş işlərin hesabatı və cari ilin iyun-iyul ayları ərzində Etilen-polietilen zavodunda aparılmış əsaslı təmir işləri zamanı əməyin mühafizəsi və texniki təhlükəsizilik sahəsində qeydə alınan qayda pozuntularının müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan “Azərikimya” İB-nin İçraçı direktorunun Əməyin mühafizəsi və ətraf mühitin qotunması üzrə müavini Vüqar Kərimov, kimyaçilarin əməyinin qorunması işinin, “Azər­baycan Neft Sənayesində Əməyin Mühafizə­sinin Vahid İdarə­etmə Sistemi”nintələblərinə uyğun şəkildə təşkil edildiyini, 2015-ci ildə də işçilərinin təhlükəsizliyinin qorunması, əmək şəraitinin yaxşılaş­dırıl­ması istiqamətində mühüm addımların atıldığını qeyd edib.

Sonra “Azərikimya” İB-nin Əməyin mühafizəsi və ekologiya şöbəsinin, 2015-ci ilin 6 ayı ərzində bu istiqamətdə görülmüş işlərlə bağlı hesabatı dinlənilib və qayda pozuntularının keçən ilin müvafiq dövrü ilə müqayisəli analizi təqdim edilib. Qeyd olunub ki, ötən dövr ərzində İstahsalat Birliyinin müəssisələrində mühəndis-texniki işçi­lər və fəhlələr arasında maariflən­dirmə işinin aparılmasına geniş yer verilmiş, təhlükəsizlik texnikası qaydalarınıa həsr olunmuş xüsusi təqdi­matlar hazırlanaraq işçilərin nəzərinə çatdırılıb. Eyni zamanda xüsusi komissiya tərəfindən birlikdə çalışan işçilərin bu sahə üzrə bilikləri yoxlanılıb.

Həmçinin təmirdən öncə müəssisələrdə texniki-təhlükəsizlik tədbirlərini güc­lən­dirmək məqsədilə Birlik rəhbərliyinin sərəncamı ilə, hər bir istehsalat sahəsində əməyin təhlükəsizliyinə cavabdeh olan məsul şəxslər müəyyənləşdirilmiş, təmirə cəlb olunmuş bütün işçilər təhlükəsizlik texnikası qaydaları üzrə təlimatlandırılmış, sex və istehsalatlarda təmir müddətində mümkün ola biləcək bütün təhlükə və risklər müəyyənləşdirilmiş və yalnız müvafiq qabaqlayıcı tədbirlər görüldükdən və fəaliyyət sahələri təmirə tam hazır olduqdan sonra, işlərə başla­malarına icazə verilmişdir. Hər bir təmirçi ilə texniki-təhlükəsizlik qaydalarına əməl olunması istiqamətində fərdi söhbətlər aparılmış, bütün işçilər aidiyyəti üzrə fərdi mühafizə vasitələri ilə təmin olunmuş, xüsusi təhlükəli qurğularda işlər qəza-xilasetmə dəstələrinin və sənaye-sanitar labo­ratoriyasının nəzarəti altında aparılmaqla bu sahədə çalışacaq işçilərin təkrar tibbi müayinədən keçirilməsi təmin olunub.

Qeyd olunub ki, təmir işləri uğurla başa çatdırılsa da, istər bir ay davam edən təmir zamanı, istərsə də 2015-ci ilin 6 ayı ərzində bir sıra qayda pozuntuları qeydə alınıb. Əməyin müha­fi­zəsi, təhlükəsizlik texnikası qayda və normalarını pozan mühəndis-texniki işçilərə və fəh­lələrə – əsas etibarilə yüksəklikdə iş qaydaları və qoruyucu kəmərdən düzgün istifadə etmədiklərinə, sənədləşmənin normal tərtib olunmamasına, ayaqaltıdan istifadə etmədiklərinə, siqaret çəkdiklərinə, iş yerini qaydalara uyğun hazırlamadıqlarına, ətraf mühitə neqativ təsirlərə, qeyri-standart qaynaq aparatlarından istifadə etdiklərinə və fərdi mühafizə vasitələrindən düzgün istifadə etmədiklərinə görə xəbərdarlıq talonları təqdim edilməklə, intizam tənbehi tədbirləri görülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın