Menu
Geri İrəli

Sumqayıtda ər arvadını marketdə camaatın içində bıçaqladı

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Mart 2015 • Baxış sayı: 2,848 dəfə • 1 şərh
Share Button

bicaq4-300x185Bu gün Sumqayıt şəhərində alış-veriş edənlər dəhşətli hadisənin şahidi olublar.
İlkin məlumata görə, şəhərin məşhur “Pioner” supermarketində kassir işləyən qadını əri camaatın gözü önündə bıçaqlayıb.

Sumqayıt sakini, 30 yaşlı Esmira Şirbala qızı Hüseynovanın işlədiyi mağazanın qarşısında üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, qətl baş verən yerin fotoları sosial şəbəkələrdə yayılıb. (bizimyol.info)
Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda ər arvadını marketdə camaatın içində bıçaqladı” yazısına bir cavab

  1. Narmin deyir:

    Camaatin ichinde yox, seher tezden ishe gelerken oldurub. Insanlar nece azginlashib

Şərhinizi yazın