Menu
Geri İrəli

Sumqayıtda “Gəmi”də yaşayan kişi dənizdə ölü tapılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Sentyabr 2013 • Baxış sayı: 338 dəfə • 2 şərh

Sumqayıt şəhərində Xəzər dənizinin sahilində, “gəmi”-nin yanında səfil həyat yaşayan orta yaşlı Elxan adlı kişi dənizdə ölü halda tapılıb. Səhər-səhər dənizə gələn şəxslər bu barədə Sumqayıt şəhər Polis İdarəsinə məlumat veriblər. Elxanı “gəmi”nin yanına gələnlər yaxşı tanıyırdı. O bir neçə ildir ki, dənizin kənarında tənha yaşayırdı. Dənizdən balıq tutaraq, elə oradaca balıq bişirib yeməklə gününü keçirirdi.  Sumqayıt şəhər polis idarəsindən sumqayitxeber.com saytına verilən məlumata görə Elxan içkili vəziyyətdə dənizə girib və səhər-səhər onu ölmüş vəziyyətdə sahildə görüblər.

p.s Foto  ”Bataqlıq, Dəniz və Elmanın arzuları” filminin çəlişləri zamanı çəkilib.

elxan

Facebook Şərhləndirmə:

“Sumqayıtda “Gəmi”də yaşayan kişi dənizdə ölü tapılıb” yazısına 2 cavab

  1. Sahib deyir:

    Allah rehmet elesin.Elxan denizdaşların hamısı ilə xoş münasibəttdə olan bir heyatindan küsmüş bir insan idi.Son görüşümüzdə o mənə oz yanında saxladığı pişiklərindən gileyləndi..
    sonra dediki qorxuram məni öldurələr onlar yetim qala cünki geceler kimsə gəlib qapimı sindirir gücü catmır gedir herdefede deyirki seni öldürəcəyik…

  2. meyq deyir:

    o mence ickili olmayib axsham tor salirdi denize ama onun icib denize girmesi absurddu

Şərhinizi yazın