Menu
Geri İrəli

Sumqayıtda gənclər üçün yeni layihənin təqdimatı keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyul 2014 • Baxış sayı: 462 dəfə • Şərh yoxdur

IMG_4922
12 iyul 2014-cü ildə Sumqayıt şəhərində yerləşən “Park” Restoranda Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə iyul-oktyabr 2014-cü il tarixlərində həyata keçirilən “Sumqayıt Bələdiyyəsinin Məhəllə Komitələrində Gənclərin İştirakının Artırılması” layihəsinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə şəhərin müxtəlf gənclər təşkilatları, yerli KİV nümayəndələri və şəhərin ictimai fəal gəncləri iştirak etmişdir. Tədbirdə çıxış edən layihənin koordinatoru layihənin məqsədi, vəzifələri və fəaliyyəti haqqında məlumat verərək qeyd etmişdir ki, layihənin başlıca məqsədi Sumqayıt şəhərində məhəllə komitələrində gənclərin iştirakını artırmaqla onların yerli özünüidarəetmə orqanlarında mövqelərini gücləndirməkdir. O, layihə çərçivəsində fəal gənclərlə bələdiyyə strukturlarında işləyən gənclərin əməkdaşlığı üçün layihə iştirakçılarına vətəndaşlıq təhsili, ictimai iştirakçılıq, yerli özünüidarəetmə orqanları, strateji planlaşdırma, layihə yazılışı, liderlik, ictimai maraqların qorunması və fandreyzinq mövzularında təlim keçirilməsinin və habelə 350 nüsxə “yerli özünüidarəetmə orqanları və gənclərin iştirakçılığı” mövzusunda kitabın nəşr edilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir. Çıxışda qeyd edilmişdir ki, təlimlərdən sonra  bələdiyyə strukturlarında gənclər üçün aktual olan məsələlərlə bağlı strategiyanın və ictimai siyasətin qurulması üçün əməkdaşlıq davam etdiriləcək. Çıxışlardan sonra layihənin koordinatoru layihə ilə bağlı sualları cavablandırmışdır. Tədbirdə şəhərin ictimai fəal gəncləri gənclərin bələdiyyələrdə, habelə məhəllə komitələrində iştirakı, habelə bələdiyyə və gənclər arasındakı əməkdaşlıq məsələlərində mövcud problemləri, perspektivləri, görüləcək zəruri fəaliyyətləri müzakirə edərək layihənin bu məsələdə əhəmiyyətini vurğuladılar və həyata keçiriləcək layihə ilə bağlı rəylərini və təkliflərini bildirdilər.

Layihənin koordinatoru:

İsmayıl Kərimov

e-mail: ismayilkarimov1974@gmail.com

telefon: 050 383 30 72

IMG_4936

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın