Menu
Geri İrəli

Sumqayıtda H.Əliyev prospektindəki məhəllədə ağacları kəsiblər? – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Sentyabr 2014 • Baxış sayı: 427 dəfə • Şərh yoxdur

Xeberle.com-un elektron ünvanına oxucu şikayəti daxil olub. Şikayətdə deyilir ki, Sumqayıt şəhərində növbəti dəfə yaşıllığa qarşı soyqırım törədilib, naməlum şəxslər Heydər Əliyev prospekti, 16-cı məhəllə, ev 32-nin həyətində ağacları kəsiblər.

Söhbət 1 nömrəli dövlət notariat kontorunun arxasındakı – qarşısı prospektə baxan həyətdən gedir. Burada bir neçə yaşıl, sağlam ağac kəsilib.

Deyilənə görə bu hadisə məhlədə yaşayan sakinlərdən birinin əli ilə törədilib və artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin olaydan məlumatı var.

Güman edilir ki, ağacları kəsən şəxs orada obyekt tikmək istəyir.

Redaksiyadan: Əlimizdə olan fotolardan hələlik ağacların budanması və ya hansısa biznes məqsədiylə kəsilməsi aşkar görünmür. Budanıbsa da, qəribədir, hansısa məhəllənin içində ağacların budanması hansı təcili zərurətdən irəli gəlirdi ki, halbuki küçə və prospektlərimizdə, park və xiyabanlarımızda, yüzlərlə budanmaya ehtiyacı olan, yola sallanan, piyadaların az qala, gözünə girən ağaclar var.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın