Menu
Geri İrəli

Sumqayıtda ictimai nəqliyyat vasitələrində “Nəqliyyat könüllüləri” qrupu yaradılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2017 • Baxış sayı: 870 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıtda ictimai nəqliyyat vasitələrində sürücülər və sərnişinlər arasında düzgün ictimai davranış qaydalarının təbliği məqsədilə “Nəqliyyat könüllüləri” qrupu yaradılıb. Maarifləndirici layihə Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb. “Nəqliyyat könüllüləri” qrupunda şəhərin müxtəlif sahələrini təmsil edən ictimai fəal gənclər iştirak edir.

AZƏRTAC xəbər verir ki, qrupun təqdimatında çıxış edən şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov vurğulayıb ki, layihənin həyata keçirilməsində əsas məqsəd ictimai nəqliyyatda sürücü və sərnişin məsuliyyətini artırmaq, qayda-qanuna riayət etmək və bununla da daha rahat və təhlükəsiz sərnişindaşımaya nail olmaq, digər mövcud problemləri aradan qaldırmaqdır.

Bildirilib ki, şəhər ərazisində gedən abadlıq-quruculuq işləri çərçivəsində nəqliyyat sistemi də təkmilləşır. Belə ki, Sumqayıtda sakinlərin mənzil başına rahat və təhlükəsiz çatdırması, gediş-gəlişi rahat təmin etmək üçün müasir tipli nəqliyyat vasitəlindən istifadə olunur.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin rəisi Seyfulla Əsədullayev şəhərə 101 yeni avtobusların gətirildiyin bildirib. O, “Nəqliyyat könüllüləri” qrupu işinə cəlb olunan gəncləri Baş İdarə və Nəqliyyat Departamenti əməkdaşlarının müşayiəti ilə nəqliyyat vasitələrində sürücü və sərnişinlərin ictimai mədəni davranış qaydalarına riayət etmələri ilə bağlı təbliğat işini aparacaq.

1512474208175605155_1000x669 15124742081844834510_1000x669 15124742083421751117_1000x669

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın