Menu
Geri İrəli

Sumqayıtda işsizliklə bağlı tədbir keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Avqust 2010 • Baxış sayı: 402 dəfə • 1 şərh

İREX Sumqayıt İcma Məlumat Mərkəzində “Karyerada ilk addım” adlı tədbir keçiriləcək. İcma Məlumat Mərkəzinin rəhbəri Günel Rəcəbovanın verdiyi məlumata görə, işsiz gənclərin işlə təmin olunmasına kömək etmək məqsədilə təşkil edilən tədbirdə işsizlik problemi müzakirə olunacaq, iş tapmaq üçün nə etməli, iş axtarmağın yolları, müsahibə və s. məsələlərlə bağlı suallara cavab veriləcək. Avqustun 19-da keçiriləcək tədbirə ekspert qismində Sumqayıt Məşğulluq İdarəsinin rəisi Şəfa Əliyev dəvət olunub. Arzu edən hər bir kəs tədbirdə iştirak edə bilər.

Facebook Şərhləndirmə:

“Sumqayıtda işsizliklə bağlı tədbir keçiriləcək” yazısına bir cavab

  1. Nərgiz deyir:

    Muraciyət etmişəm xahiş edirəm nəzərə alasınız boş yerlərdə kamputer işləri məktəblərdə labarant

Şərhinizi yazın