Menu
Geri İrəli

Sumqayıtda kəskin istilərdən üç nəfər dünyasını dəyişib

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Avqust 2011 • Baxış sayı: 339 dəfə • 1 şərh

Sumqayıtda havaların isti keçməsi ilə əlaqədar bir gündə üç nəfər ölüb.

Bu barədə «APA»ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Məlumata əsasən, iyulun 31-i saat 14.00 radələrində Sumqayıt şəhərində 64 yaşlıZəhra Məmmədova küçənin ortasında ürək tutulmasından dünyasını dəyişib. Daha bir hadisə isə 42-ci məhəllə ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 60 yaşlı Tofiq Abbasov işlədiyi kafenin mətbəxində qəfildən dünyasını dəyişib.

Növbəti ölüm faktı isə 13-cü mikrorayon ərazisində baş verib. Təcilli Tibbi Yardım Stansiyasının həkimi, 43 yaşlı Asəf Əmirov beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

HAVALARIN İSTİ KEÇMƏSİYLƏ BAĞLI XƏBƏRDARLIQ

Havaların isti keçməsiylə bağlı Hidrometeoroloji Proqnozlar Bürosu ölkə ərazisində anomal istilərin olacağı haqda əvvəlcədən aidiyyəti orqanlara xəbərdarlıqlar edir:

«Avqustun 3-dək Azərbaycanda temperatur daha da yüksələcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu 38-40, yarımadanın bəzi ərazilərində və Bakı şəhərinin bəzi yerlərində hətta 42 dərəcəyə çatacaq. Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 38-42 isti olacaq, temperaturun bəzi yerlərdə 44 dərəcəyədək, dağlıq rayonlarda isə 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir».

Əmək Müfəttişliyi havaların isti keçməsinə görə idarə və müəssisələrə xəbərdarlıq edib.

Xəbərdarlıqda bildirilir ki, 41 dərəcədən artıq istidə açıq havada, soyuducu qurğuları olmayan örtülü yerlərdə iş dayandırılmalı, yaxud işçilərin sərinləməsi ücün fasilələr verməlidirlər.

Əks halda qaydanı pozanlar 1000 manatdan 2000 manata qədər cərimə olunacaq. Azadlıq.org

Facebook Şərhləndirmə:

“Sumqayıtda kəskin istilərdən üç nəfər dünyasını dəyişib” yazısına bir cavab

  1. nuh deyir:

    sumqayitda 41C temperaturda su verilmir sonra deyirler ki cahmaat niye oldu

Şərhinizi yazın