Menu
Geri İrəli

Sumqayıtda “Lüdviqshafen” parkının təmirinə başlanılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Aprel 2015 • Baxış sayı: 922 dəfə • Şərh yoxdur

eldar azizovCari ilin birinci rübündə Sumqayıtda mühüm infrastruktur layihələr həyata keçirilib, bütün tapşırıqlar vaxtında və keyfiyyətlə icra olunub. Şəhər icra hakimiyyətinin başçısı yanında Şuranın geniş yığıncağında müəssisə, idarə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri də iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxış edib. Bildirilib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün də uğurlu olub. İnsanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldilən bir çox infrastruktur layihələr, abadlıq və quruculuq işləri həyata keçirilib. 2015-ci ilin birinci rübündə şəhər üzrə məhsul istehsalı və xidmətlər buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Ümumi daxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 158,9 milyon manata çatıb. Bu müddət ərzində şəhərin sənaye müəssisələrində məhsul istehsalı 95,5 milyon manat olub. Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 7,3 milyon manatdan çox investisiya yönəldilib. Həyata keçirilən tədbirlər nəticəsində 833 daimi yeni iş yeri açılıb.
Vurğulanıb ki, dövlətimizin başçısının əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən fevral ayının əvvəlindən bu günədək şəhərdə 217 min 180 nəfər profilaktik tibbi müayinədən keçirilib. Rüb ərzində Sumqayıtda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində, eləcə də Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı geniş abadlıq-quruculuq işləri davam etdirilib. Hesabat dövründə dövlətimizin başçısının iştirakı ilə yeni tikiş fabriki və müasir Beton Məmulatları İstehsalı Zavodu istifadəyə verilib. Birinci rübdə şəhərdə genişmiqyaslı yaşıllaşdırma işləri davam etdirilib. “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rüb ərzində şəhərdə 25 minə yaxın ağac və gül kolları əkilib, müxtəlif ərazilərdə qazon salınıb. Nəsimi parkı ərazisində kompleks yenidənqurma işləri başa çatıb, 9-cu mikrorayon ərazisində yerləşən “Lüdviqshafen” parkının abadlaşdırılma işlərinə başlanılıb. Heydər Əliyev prospektində, 4-cü və 3-cü mikrorayonda, Sülh küçəsində, 36-cı məhəllədə yaşayış binalarının fasadının üzlənməsi və dam örtüklərinin müasir tələblərə uyğun şəkildə yenidən qurulması işləri davam etdirilir.
Hesabat dövründə əhaliyə göstərilən nəqliyyat xidməti səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm işlər aparılıb, şəhər ərazisində olan avtobus dayanacaqlarının bir qismi təmir olunub, yeni dayanacaqlar quraşdırılıb. Cari ilin birinci rübündə şəhərin təhsil müəssisələrində tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində nizam-intizam gücləndirilib, fənlərin tədris vəziyyəti müəyyənləşdirilib.
Yığıncaqda əhaliyə göstərilən kommunal xidmətlərin təşkili, sakinlərin su, qaz, elektrik enerjisi ilə normal təminatı və digər sahələrdə görülən işlər barədə də məlumat verilib.
Çıxışlarda təhsil, səhiyyə, mədəniyyət və sənaye sahələrindəki vəziyyət ətraflı təhlil edilib.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın