Menu
Geri İrəli

Sumqayıtda “Neftçilər günü” qeyd edilib – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Sentyabr 2015 • Baxış sayı: 550 dəfə • Şərh yoxdur

1442863781_dsc_0703Azərikimya” İstehsalat Birliyində 20 sentyabr – Azərbaycan neftçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən natiqlər 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qətiyyətli addımları ilə ölkəmizin iqtisadi-siyasi həyatında taleyüklü dəyişikliklərə imza atmasından bəhs ediblər. Bu dəyişikliklərin təməlində isə 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın ən məşhur neft şirkətlərinin iştirakı ilə imzalanan müqavilə dayanır ki, bu müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Bu möhtəşəm müqavilə Azərbaycanın qarşısında yeni və daha böyük perspektivlərin açılmasına səbəb oldu.

İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov, artıq altı ildir ki, boyük neftçilər ailəsi ilə birgə peşə bayramını qeyd edən kimyaçıları bu əlamətdar gün münasibətilə təbrik edib, respublikamızın regionun ən qüdrətli dövlətlərindən birinə çevrilməsində, iqtisadi inkişaf tempinə görə dünyada öncül bir mövqeyə çıxmasında Azərbaycan neftçilərinin böyük əməyi, müstəsna xidmətləri olduğunu dilə gətirib. Natiq mütəmadi olaraq neft sənayesinin inkişafındakı müstəsna xidmətlərinə görə fəxri adların verməsini, onların orden və medallarla təltif etməsini ölkə başçısının Azərbaycan neft-kimya sənayesi işçilərinə göstərdiyi diqqət və qayğının təzahürü, onların əməyinə verlən ən yüksək dəyər kimi qiymətləndirib, Prezidentin fərdi təqaüdünə (1 nəfər), “Əməkdar mühəndis” fəxri adına (1 nəfər) və “Tərəqqi” medalına (3 nəfər) layiq görülmüş “Azərikimya” əməkdaşlarına xoş arzularını çatdırıb.

Tədbir boyu “Azərikimya” İB-də qazanılmış texniki nailiyyətlər, əməkçilərin istehsalat fəaliyyəti, onların ildən-ilə yaxşılaşmaqda olan sosial-mədəni həyatı dolğunluğu ilə foto-slaydlar vasitəsilə tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxış edərək kimyaçıları bayram münasibətilə təbruk edib və SOCAR prezidentinin əmri ilə təltif olunmuş Birliyinin 5 nəfər işçisinə – Etilen-polietilen zavodunun Piroliz Qzaının sıxılması və təmizlənməsi sahəsinin qaz təmizləyici aparatçısı Hacı Hacıyevə, Etilenin qəbulu və sıxılması sahəsinin mexaniki Kamal Quliyevə, Qazayırma sahəsinin qazayırma aparatçısı Sima Quliyevaya, Mexaniki emal sahəsinin viniplast üzrə lehimləyicisi Vəfadar Nəsirova və Təmir-tikinti idarəsinin 2 saylı Mexaniki quraşdırma sahəsinin iş icraçısı Sərdar Məmmədova Fəxri fərman və pul mükafatlarını təqdim edib. Təqdirəlayiq haldır ki, təltif olunanlar sırasında “İlin ən yaxşı kimyaçısı” müsabiqəsində qalib adını qazanmış Etilen-polietilen zavodunun Buxar və elektrik enerjisi istehsalatının rəis müavini İlqar Səmədovun da adı var.

1442863822_dsc_0680 1442863810_dsc_0690 1442863807_dsc_0683 1442863791_dsc_0615

Facebook Şərhləndirmə:

Şərhinizi yazın