Menu
Geri İrəli

Sumqayıtda ordudan tərxis olunmuş gənclərlə görüş keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Aprel 2014 • Baxış sayı: 351 dəfə • Şərh yoxdur

Sumqayıt Yaradıcılıq Mərkəzinin akt zalında ordudan tərxis olunmuş gənclərin bir qrupu ilə görüş keçirilib.

AzərTAc xəbər verir ki, tədbir şəhər İcra hakimiyyətinin təşəbbüsü və gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə baş tutub.
Görüşdə gənclər və idman baş idarəsinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər İdarəsinin, məşğulluq mərkəzinin və “N” saylı hərbi hissənin nümayəndələri çıxış edərək dövlətimizin ordudan tərxis olunmuş gənclərə diqqət və qayğısından söhbət açıblar.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkədə müasir beynəlxalq standartlara cavab verən yeni-yeni sənaye müəssisələrinin, iş yerlərinin açıldığı, işlə təmin olunanlarının böyük əksəriyyətini gənclərin təşkil etdiyi təqdirəlayiq hal kimi nəzərə çatdırılıb.

Görüşdə iştirak edən ordudan tərxis olunmuş gənclər onları maraqlandıran məsələlər barədə suallarını səsləndirmiş, diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər.

sumqayit_0001
Facebook Şərhləndirmə:

Şərhinizi yazın