Menu
Geri İrəli

Sumqayıtda qadınları soyan şəxsə hökm oxundu – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 6 May 2015 • Baxış sayı: 538 dəfə • Şərh yoxdur

caniOnun əvvəllər məhkum olunduğu məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon sakini Tərlan Qocayevin (1984-cü il təv.) CM-nin 180.2.2 (soyğunçuluq, təkrar törədildikdə) və 180.2.5-ci (soyğunçuluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, ötən il dekabrın 2-də Sumqayıt şəhərinin 40-cı məhəlləsində naməlum şəxs şəhər sakini Zərifə İbrahimovaya zor tətbiq edərək ona məxsus 57 manat pulu və ərzaq məhsulları olan çantasını alıb, sonra isə hadisə yerindən qaçıb. Səhərisi gün 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Tərlan Qocayev saxlanılıb. Onun əvvəllər məhkum olunması məlum olub, dindirmə zamanı Qocayev törətdiyi cinayəti etiraf edib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs həmin axşam zərərçəkənin marketdə bazarlıq etdiyini görüb və oradan çıxdıqdan sonra onu yaşadığı bloka qədər izləyib. Tərlan qadına çantaları yuxarı qaldırmağı təklif edib, sonra isə fürsət taparaq ona məxsus pul qabındakı pulu və çantalardan birini götürüb hadisə yerindən qaçıb. İstintaqın gedişatında Qocayevin Sumqayıt ərazisində analoji yolla 12 cinayət epizodu törətməsi məlum olub.

Məhkəmə prosesində T.Qocayev ittiham üzrə özünü təqsirli hesab edərək, törətdiyi əməllərindən peşman olduğunu bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın