Menu
Geri İrəli

Sumqayıta hal hazırda qar yağır

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Yanvar 2014 • Baxış sayı: 1,633 dəfə • Şərh yoxdur
1545131_647805191946234_561678352_nSumqayıt şəhərində axşam saatlarından  yağmağa başlayan sulu qar, artıq qara çevrilib.  Hazırda şəhərə intensiv qar yağır və artıq yerdə oturmağa başlayıb.
Bu gün günorta saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti pisləşib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 31-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-şərq küləyi əsəcək. Çovgun olacağı ehtimalı var. Gecə və gündüz 1-3 dərəcə şaxta olacaq. Axşam temperatur bir qədər də enəcək, 5 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılır. Yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında yanvarın 31-də arabir qar yağacaq, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Fotolar: Emin Əliyev, sumqayitxeber.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın