Menu
Geri İrəli

Sumqayıtda “Şəhər Günü” hazırlığı tıxac yaradıb – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Sentyabr 2013 • Baxış sayı: 169 dəfə • Şərh yoxdur

Şəhər günü ilə bağlı Sumqayıtda təmir işləri aparılır. Əlbəttə, bu, şəhərimizin gözəlləşməsi baxımından sevindiricidir. Ancaq şəhərin əsas prospekt və küçələrində aparılan bu təmir işləri nəqliyyatın hərəkətini əməlli-başlı iflic edir…

Hazırda şəhərin Üzeyir Hacıbəyov küçəsi istiqamətindəki yollarda, eləcə də “Heydər” parkı ətrafındakı yollarda tıxaclar yaranıb. Avtomobillərin, eləcə də ictimai nəqliyyat vasitələrinin hərəkəti başqa istiqamətlərə yönəldilib. Nəqliyyat vasitələri əsasən məhəllədaxili yollardan istifadə edir. Gəl ki, məhəlllədaxili yollar da bərbad vəziyyətdədir…
Qeyd edək ki, dünən gündüz saatlarında şəhərin Heydər Əliyev prospektində də yol bağlanaraq yol nişanlarının bərpası aparılıb.
Yollardakı vəziyyət sakinlərin narazılığına səbəb olur, əksəriyyət deyir ki, bu işləri nəqliyyatın hərəkətinin intensivləşdiyi saatlarda yox, məsələn, gecə saatlarında aparmaqla əlavə narahatlıqlar yaratmamaq olardı. Həm də bütün işləri Şəhər Günü ərəfəsinə yükləyib eyni vaxtda bir çox yollarda kosmetik işlər görmək əvəzinə, bu işlərə bir qədər əvvəl başlayıb hissə-hissə aparmaq daha məqsədəuyğun olardı. 168saat.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın