Menu
Geri İrəli

Sumqayıtda “Şərq Bazarı”nda söküntü – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Aprel 2015 • Baxış sayı: 2,103 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər 9-cu mikrorayonda yerləşən “Şərq bazarı”ında tikintiyə icazə verilməyib. Yarımçıq tikili bu gün tamamilə sökülüb.

sumqayitxeber.com-a daxil olan məlumata görə dünən Suqmayıt Şəhər İcra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə tikinti qismən sökülüb və bazar rəhbərliyinə xəbardarlıq olunub. Bazarın sahibi Rəşid Babayev isə haqlı olduğunu sübut etmək üçün hadisə yerinə televiziyaları dəvət edib. Bundan sonra isə tikinti tamamilə sökülüb.

Xatırladaq ki,  bazarın yerləşdiyi ərazidə 66 sahibkarın obyekti “Bazarkom” Rəşid tərəfindən gizlicə özəlləşdirilib. Belə ki, Rəşid Babayev  2010-cu ildə bazarın bir hektardan çox ərazisini sözügedən 66 obyektin sahibindən gizli özəlləşdirib. 66 obyekt isə 12 sot ərazini əhatə edir. Həmin obyektlər 1994-95-ci illərdə tikilib və bütün sənədləri – kupçası, qeydiyyat vəsiqəsi, çıxarışı var.

Bu obyektlərlə bağlı mübahisənin hələ də məhkəmə müstəvisində davam etdiyi üçün həmin 66 obyektin tikintisi uzun müddətdir ki, dayandırılıb.
sumqayitxeber.com

serq bazari

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın