Menu
Geri İrəli

Sumqayıtda teatr aktyorları bir araya gəldi

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Mart 2012 • Baxış sayı: 258 dəfə • Şərh yoxdur
Bu gün Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət evində Milli Teatr gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbir “Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi” İctimai Birliyinin, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin, eləcə də Nəriman Nərimanov adına Mədəniyyət Evinin təşkilatçılığı ilə baş tutub.
Şəhərin əlaqədar qurumlarının, ölkəmizin aparıcı teatrlarının, həmçinin Sumqayıt Dövlət Musiqili Dram Teatrından mədəniyyət xadimlərinin qatıldığı tədbirdə, Azərbaycanda peşəkar teatrın yaranmasının 139 illik, Sumqayıt Dövlət Musiqili Dram Teatrının isə 44 illik tarixinə nəzər salınıb, tamaşalardan fraqmentlər nümayiş olunub.
Həmçinin görkəmli teatr xadimlərinin ömür yolundan bəhs edən video materiallar təqdim edilib, eyni zamanda Azərbaycan teatr səhnəsinin gözəl teatr tamaşaları ilə teatr tariximizi zənginləşdirdiyindən söhbət açılıb. Sonda tədbir bayram konserti ilə davam etdirilib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın