Menu
Geri İrəli

Sumqayıtda “Tütünə Yox!” aksiyası

Müəllif: sumqayitxeber.com • Tarix: 6 May 2014 • Baxış sayı: 474 dəfə • Şərh yoxdur
tutune yox“Sağlam Düşüncə” Gənclər Təşkilatı 31 may Ümumdünya Tütünlə Mübarizə Günü ilə bağlı may ayının 1-dən 31-dək “Tütünsüz Ay” kampaniyası həyata keçirir.
qhtxeber.az-a verilən məlumata görə, kampaniyanın məqsədi ictimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılması haqqında ictimai fikirin formalaşdırılması və passiv (ikincili) siqaret çəkmənin və tütünün zərərləri haqqında əhalinin maarifləndirilməsidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə həyata keçirilən layihə çərçivəsində “Sağlam Düşüncə” Gənclər Təşkilatı tərəfindən Yaşıl Velosipedçilər Klubu ilə birgə Sumqayıt şəhərində ilk velo-tur baş tutub. Velo-yürüş Sumqayıtda yerləşən Heydər Əliyev Mərkəzindən başlayıb, son dayanacaq dəniz kənarında yerləşən Nəsimi parkı olub.
Velosipedçilər marşrut üzrə şəhərin müxtəlif yerlərində olublar və şəhər əhalisinə tütünün zərərlərindən bəhs edən broşürlar paylayıblar.
Növbəti velo-yürüşlər may ayının 24-də Gəncə şəhərində, 31-də isə Bakı şəhərində təşkil ediləcək.
Qeyd edək ki, “Sağlam Düşüncə” Gənclər Təşkilatı Azərbaycan Tütünlə Mübarizə Koalisiyasinın daimi üzvüdür.
Kampaniyanın Tərəfdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Təbiət Dostları” Gənclər İctimai Birliyi, Yaşıl Velosipedçilər Klubu, Birləşmiş Millətlər Təşkilatı İctimai İnformasiya Departamenti, İctimai Səhiyyə və İslahatlar Mərkəzi,
Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın