Menu
Geri İrəli

Sumqayıtda vətəndaş forumu keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Oktyabr 2012 • Baxış sayı: 227 dəfə • Şərh yoxdur
Share Button

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və Milli Demokratiya İnstitutunun maliyyə dəstəyi ilə “Vətəndaş İştirakı və Seçkili orqanların Hesabatlılığı”  proqramı çərçivəsində Sumqayıtda növbəti Vətəndaş Forumu keçirib.

SMDT Media və İctimai Əlaqələr Departamentindən sumqayitxeber.com saytına verilən məlumata görə forumda QHT, KİV nümayəndələri, partiya, gənclər, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər. Forum zamanı əsasən 3 mövzu- “Azərbaycanda Seçici Baxışlari” ictimai rəy sorğusunun nəticələri, yerli icmaların yaradılması və fəaliyyəti, yerli komitələrin yaradılması barədə müzakirələr aparılıb.

Forum zamanı SMDT tərəfindən respublika üzrə keçirilmiş “Azərbaycanda Seçici Baxışları” İctimai Rəy Sorğusunun nəticələri barədə SMDT – nin hüquqşünası Asima Nəsirli təqdimat keçirib. Təqdimat zamanı tədbir iştirakçıları əldə olunan statistik göstəricilərə öz münasibətlərini bildiriblər. Sumqayıt Texniki Kollecinin politologiya müəllimi Ülvü Məmmədov bildirdi ki, Cəmiyyətin özündə ciddi problemlər var.Vətəndaşların proseslərə münasibəti qənaətbəxş deyil. Siyasi institutlarda ciddi problemlər var. Buna səbəb isə cəmiyyətdə alt yapının formalaşmamasıdır. Yəni, iradənin formalaşması üçün yeni gənclik formalaşmalı, icmaların faliyətinin artırılması üçün xüsusi komissiyalar yaradılmalı, məhəllələrdə fəal sakinlər maarifləndirilməlidir. Ümid Partiyasının üzvü Sadıq Əkbər isə insanların etinasız olması məsələsinə münasibət bildirərək deyib ki, bir dəfə imza toplayıb problemi həll edə bilmədikdə vətəndaşlar ikinci dəfə bu işlərə etinasız yanaşır, yenidən imza toplanma prosesinə qoşulmaq istəmirlər. Gənc Təbiblər Şurasının üzvü Aynurə Quliyeva isə ən mühüm problemin seçikilər oldugunu bildirdi .Yaradılan icmaların fəaliyyətində hər kəsi aktiv  olmağa çağırdı.

Daha sonra layihə çərçivəsində Sumqayıtda yaradılacaq yerli icmaların məqsədi, icmalar üçün qanunvericilikdə nəzərdə tutulan imkanlar, icmaların görə biləcək işlər haqqında iştirakçılara məlumat verilib. Sonda 7 nəfərin təmsil olunması ilə yerli icma yaradılıb.


Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın