Menu
Geri İrəli

Sumqayıtda xəstələrin 17 manatlıq yemək payı hara gedir? – FOTOlAR

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyul 2015 • Baxış sayı: 1,718 dəfə • 1 şərh

1435847385_1430300570_sumqayit-01-624x357Baş həkim isə deyir ki, şikayət edən şəxsin psixoloji durumu qaydasında deyil

Ölkəmizdə bütün sahələrdə olduğu kimi Səhiyyə sahəsində də inkişaf meyilləri var. Bu gün paytaxtımızda çox az sayda təmir olunmamış xəstəxana, poliklinika görmək mümkündür. Regionlarımızda da vəziyyət ürəkaçandır. Respublikanın bütün şəhər və rayonlarında mütəmadi olaraq yeni tibb müəssisələri açılır, köhnələr təmir olunur. Ötən il ölkə prezidentinin Sumqayıt  1 nömrəli xəstəxanasının təmiri üçün 3 milyon manat vəsait ayırması, təmirdən sonra sözügedən xəstəxananın açılışında iştirak etməsi onu göstərdi ki, Sumqayıt səhiyyəsi də ölkədə gedən inkişafdan geri qalmayıb. Eyni zamanda ölkə başçısı bu sahənin və şəhərimizin inkişafında şəxsi diqqətində saxlayır…

Təbii ki, bütün bu proseslər, təmir olunan, açılan yeni səhiyyə ocaqları insanların rahatlığı üçündür. Bəs gəlin görək şəhər sakinləri xəstəxanalarda onlara göstərilən xidmətlərdən razıdırlarmı.

İlk olaraq elə təmirdən yenicə çıxmış  1 nömrəli xəstəxanadan bəhs edəcəyik.  Bu yaxınlarda həmin xəstəxanada müalicə alan Zərbalıyev Əjdər Rasim oğlu redaksiyamıza müraciət edib.

O bildirir ki, xəstəxanada heç  də hər şey binanın çöldən göründüyü qədər gözəl deyil: “Düzdür bina təmirdən yeni çıxıb. Şərait digər xəstəxanalarımız, hətta özəllərlə müqayisədə daha gözəldir. Ancaq təəssüflər olsun ki,  dövlətimizin insanlar üçün yaratdığı belə bir şəraitdən bəzi həkimlər sui istifadə edərək öz mənfəətləri üçün çalışırlar. Konkret olaraq Nefrologiya şöbəsi və bu şöbənin müdiri Zülfiyyə Hacıyeva haqqında demək istəyirəm. Bu qadın xəstələri palatada yerləşdirmək üçün pul alır. Şöbədə xüsusi 2 nəfərlik palatalar var. Bu palatalarda yatmaq istəyən xəstə günə 20 manat ödəməlidir. O, öz xəstələrindən savayı heç kimin səhhəti ilə maraqlanmır. Bunu şöbədə yatan bütün xəstələr təsdiqləyə bilərlər.”

Əjdər Zərbalıyev iddia edir ki, hər gün xəstələrə 20 manat civarında yemək verilməli olduğu halda bu məbləğ 5 manatı da keçmir: “Mətbəxdə divarda hər bir xəstə üçün gündəlik 22 manatlıq qida verildiyi haqda məlumat kağızı asılır. Xəstələr bu yeməkləri yalnız kağız üzərində görə bilirlər. Hamıya  yemək kənardan gətirilir. Hər bir xəstəyə 200 qr ət nəzərdə tutulduğu halda onlar yalnız 40 qram yeyə bilirlər. Maraqlıdır, ən bahalı restoranlarda bir boşqab mərci uzağı 2 manat olduğu halda bu xəstəxanada mərcini 6 manat 60 qəpikdən hesablayırlar. Bütün personal da Zülfiyyə Hacıyevadan narazıdır. Sadəcə, şöbə müdirindən ehtiyat etdikləri üçün hamı susur.  Bunu o şöbədə yatan istənilən xəstə təsdiqləyə bilər.”

Maraqlıdır ki, xəstəxana yeni təmirdən çıxmasına baxmayaraq burada hələ də köhnə qayda qanunlar işləyir. Məsələn,  qapıda xəstələri ziyarət saat 4-dən 6-ya qədər göstərilsə də, istənilən vaxt xəstə ziyarətinə gələnləri görmək mümkündür. Xəstəxanada əvvəlki kimi tibb bacıları xəstələrin əllərinə baxırlar. Söhbət etdiyimiz xəstələr bildirirlər ki, əksər pulsuz verilməli olan dərmanları burada almaq mümkün deyil. Elə şöbələr var ki, heç təzyiq ölçən aparat belə yoxdur. Lazım olanda tibb bacıları qonşu şöbələrə qaçırlar.

Məsələyə aydınlıq gətirmək üçün Sumqayıtt şəhər  1 nömrəli xəstəxananın baş həkimi Nazim Hüseynquliyevlə əlaqə saxladıq.

Baş həkim bildirdi ki, bu fikirləri səsləndirən insanın psixoloji durumu yerində deyil: “Zemfira xanım şöbəsindəki bütün xəstələrlə maraqlanır. Palataların pulla verilməsinə gəlincə səhhəti ağır olan xəstələr həmin palatalarda yerləşdirilir. Bizdə heç vaxt hansısa xəstədən dərmana, palataya görə pul alınmır.”

Baş həkim qidalanmayla bağlı problemə də aydınlıq gətirib. Sitat: “Xəstəxanalara yemək mərkəzləşmiş qaydada gətirilir. Bu işlə birbaşa Səhiyyə Şöbəsi məşğul olur. Mətbəxdə vurulan qiymətlər, qidanın miqdarı və keyfiyyəti ilə birbaşa Səhiyyə şöbəsinin müvafiq qurumu məşğul olur”.

Maraqlıdır ki, mövzunu araşdıran zaman əksər xəstələrin (adlarının açıqlanmasını istəməsələr də) Əjdər Zərbalıyevin haqlı iradlar söylədiyini bildirdilər.

Sonda isə sizə xəstəxana divarlarından asılmış, xəstələrə ayrılan qidaların qiymətlərini özündə əks etdirən məlumatverici elanların bir neçəsinin fotosunu təqdim edirik. (reader.az)11120045_1190930544267531_170411537_n11655319_1190930610934191_1704359860_n11694377_1190930640934188_1517124391_n11716084_1190930630934189_1080903389_n11717025_1190930607600858_739148742_n

 

Facebook Şərhləndirmə:

“Sumqayıtda xəstələrin 17 manatlıq yemək payı hara gedir? – FOTOlAR” yazısına bir cavab

  1. Elçin abdullayev deyir:

    Bu yaxınlarda maaliyə Sumqayıt şəhəri 2 saylı xəstəxanada da yoxlama aparmışdı. Çoxlu yeyinti aşkar olunmuşdu və 6000 AZN dən çox cərim\ baş həkim üçün yazılmışdı. O da öz növbəsində şöbələr arasında bu pulu bölüb və hər həkimə, tibb bacısına, xadimələrə də konkret pay qoyub. Əgər 150 manat maaş alırsa o bunu necə ödəməlidir, Belə çıxır ki xəstələri divara dirəyib pul almalıdır.

    Bu da səhiyyə

Şərhinizi yazın