Menu
Geri İrəli

Sumqayıtda YAP-ın yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Noyabr 2015 • Baxış sayı: 506 dəfə • Şərh yoxdur
Share Button

5708_Untitled-1Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı partiyanın yaranmasının 23-cü ildönümü münasibətilə geniş tədbir keçirib. Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev toplantı iştirakçılarını partiyanın yaranmasının 23-cü ildönümü münasibətilə təbrik edib.

Ötən 23 il ərzində YAP-ın şərəfli yol keçdiyini deyən A.İmaməliyev 1991-1993-cü illər ərzində hakimiyyətdə olan səriştəsiz qüvvələrin yanlış siyasətinin ölkədə xaos, hərc-mərcliyə yol açdığını önə çəkib. Natiq bildirib ki, Azərbaycan dövlət müstəqilliyinin itirilmə təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. O, qeyd edib ki, məhz həmin dövrdə Azərbaycan xalqı dövlətin xilası üçün Ulu öndər Heydər Əliyevə üz tutdu. A.İmaməliyev 91 ziyalının imzası ilə YAP-ın yaradılması və Ümummilli liderin bu siyasi təşkilata rəhbərlik etməsi ilə bağlı müraciətin Ulu öndər Heydər Əliyevə ünvanlandığını söyləyib. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin yaratdığı YAP müasir Azərbaycanın inkişafının əsas dəstəkçisinə çevrilib.
YAP Sumqayıt şəhər təşkilatının sədri bildirib ki, 1992-ci ildə YAP-ın yaranması tarixi zərurətdən irəli gəlib: “1993-cü ilin iyununda xalqımız ölkəni düşdüyü bu dərin böhrandan xilas etmək üçün Ulu öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Xalqımız bilirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı düşdüyü bu çətin vəziyyətdən çıxaracaq yeganə şəxsiyyətdir. Ümummilli liderimizin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bu gün regionun avanqard siyasi qüvvəsinə çevrilib”.
Tədbirdə YAP Sumqayıt şəhər təşkilatı sədrinin müavini Səkinə Sadıxova geniş məruzə ilə çıxış edib. Çıxış edən digər natiqlər də partiyanın fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Pərviz SADAYOĞLU

yeniazerbaycan.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın