Menu
Geri İrəli

Sumqayıtda yaşlı qadına qarşı cinayətin şok təfərrüatları

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Oktyabr 2011 • Baxış sayı: 133 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində dəhşətli quldurluq hadisəsi törədilib. Şəhər Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, naməlum şəxslər 60 yaşlı E.V.-yanın başına küt alətlə zərbə endirərək çantasında olan 1000 manat pulu götürüblər. Sonra isə izi itirmək məqsədilə qadının əl-qolunu bağlayaraq kanala atıblar. Yaxınlıqdan keçənlərin köməkliyi ilə yaralı xilas edilərək xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Ağır cinayəti törədən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

****

Sumqayıt şəhərində yaşlı qadına qarşı törədilən cinayətin şok təfərrüatları məlum olub. Şəhər Polis İdarəsindən əldə etdiyimiz məlumata görə, 60 yaşlı E.V.-ya qarşı törədilən cinayətlər xəsarət və maddi ziyanla bitmir. Naməlum şəxs onu gizli əraziyə apararaq zorlayıb. Zərərçəkmiş ilkin dindirmə zamanı da ilk söylədiyi zorlanması faktı olub.

Cinayətkar şəxs çirkin əməlini xüsusi “məharətlə” həyata keçrib. Belə ki, E.V.-va Xaçmaza getmək üçün qatarı gözləyirmiş. O, qatarın gəlmə vaxtını tanımadığı şəxsdən soruşub. Həmin şəxs də qadını aldatmaq məqsədilə saatının əqrəbini geri çəkərək ona qeyri-dəqiq vaxtı göstərib. Həmin vaxt yetişəndə isə real saatla gecə yarısı olub. Ərazidən insanların çəkilməsindən istifadə edən şəxs E.V-vanı qaranlıq yerə çəkərək başına vurub, sonra isə cinsi əlaqədə olub. Zərərçəkmiş şəxsi zorlayıb pulunu alandan sonra cinayətkar onu Samur-Abşeron kanalına atıb. Qadın kanalda 7 saat suda qalıb. Həmin ərazsidə işləyən fəhlələr səhər saatlarında qadını huşsuz vəziyyətdə taparaq xəstəxanaya çatdırıblar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın