Menu
Geri İrəli

Sumqayıtda yeni söküntü dalğası başlayır

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Noyabr 2014 • Baxış sayı: 2,829 dəfə • 1 şərh

1415723790_sumqayit-qacqin1_08022011

Sumqayıtda 41-ci məhəllədə yerləşən yataqxanaların söküləcəyi planlaşdırılır. 

Axar.az xəbər verir ki, yataqxanalarda yaşayan sakinlərin normal şəraitli mənzil ala bilməsi üçün müvafiq məbləğdə kompensasiya ödəniləcəyi nəzərdə tutulub.

Sumqayıt şəhərinin ilk yaşayış massivi sayılan “İnşaatçılar” qəsəbəsindəki taxta “fin” evlərinin də istismar müddəti artıq başa çatıb. Əsasən bir və iki mərtəbədən ibarət olan evlər söküldükdən sonra yerinə müasir tipli yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi planlaşdırılır. “Yeni Sumqayıt” yaşayış massivində əsasən Sumqayıtın bir sıra idarə və müəssisələrində məskunlaşmış qaçqın və məcburi köçkünlərin yeni mənzillə təmin ediləcəyi bildirilir.

Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəis müavini Kamil Məmmədov da deyilənləri təsdiqləyib.

Facebook Şərhləndirmə:

“Sumqayıtda yeni söküntü dalğası başlayır” yazısına bir cavab

  1. elli deyir:

    eger bu deyilenler heqiqetdirse,inanin bunu sebirsizlikle gozleyen nece insanlari sevindirmis olursunuz,tesekkurle xebere gore

Şərhinizi yazın