Menu
Geri İrəli

Sumqayıtda yolu bağlayan şəhid ailələrinin problemi həll olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2015 • Baxış sayı: 552 dəfə • Şərh yoxdur

img1812055Bu gün səhər saatlarında Sumqayıtda etiraz aksiyası keçirən şəhid ailələrinin problem həllini tapıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti İnformasiya təminatı və təhlil sektorunun rəhbəri Ayaz İmaməliyev bildirib ki, Qubadlı və Zəngilandan qaçqın düşmüş ailələr Sumqayıtın “Beton zavod” adlanan ərazisində məskunlaşıblar: ”Ərazi özəl müəssisələrin birinə aiddir. Müəssisə rəhbərliyi ilə ailələr arasında anlaşılmazlıq yaranıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinə daxil olmuş şikayət əsasında tərəflərlə söhbət aparılıb. Müəssisə rəhbərinə bildirilib ki, qaçqın və ya şəhid ailələri digər ərazilərdə evlə təmin edilmədiyi halda məskunlaşdıqları ərazidən köçürülə bilməz.” 
Onun sözlərinə görə, müəssisə rəhbəri isə anlaşılmazlığın yarandığını, evlərin sökülməyəcəyini, yalnız ərazidə abadlıq işləri aparmaq istədiklərini bildirib.
Sektor müdiri ailələrin yaşadıqları ərazidən köçürülməyəcəyini dedi: “O ailələri heç kim məcburi şəkildə məskunlaşdıqları ərazidən köçürməyəcək. Tərəflər arasında problem həll olundu”.
Xatırladaq ki, bu gün səhər saatlarında Sumqayıtda şəhid ailələri etiraz əlaməti olaraq şəhərdəki Sülh prospektində yolu bağlamışdılar. Onlar evlərinin sökülməsinə etiraz edirdilər. xeberle.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın