Menu
Geri İrəli

Sumqayıtda yubiley tədbiri keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 4 May 2015 • Baxış sayı: 505 dəfə • Şərh yoxdur

Azərbaycan Qızıl Aypara Cəmiyyəti  95 illik, hərbi xadim general-leytenant Əliağa Şıxlinskinin anadan olmasının 150 illik, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının fundamental prinsiplərinin yaranmasının 50 illik yubileylərinin yekun tədbiri keçirildi.

 1 may 2015-ci il tarixində  əsası martın 10-u 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının Müdafiə Naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü ilə təsis edilmiş Azərbaycan Qızıl Aypara Cəmiyyəti  95 illik, hərbi xadim general-leytenant Əliağa Şıxlinskinin anadan olmasının 150 illik, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının fundamental prinsiplərinin yaranmasının 50 illik yubileylərinin yekun tədbiri Sumqayıt şəhər H.Ərəblinski adına Müsiqili Dram Teatrında  qeyd edildi.

Tədbiri giriş sözü  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəyasət heyətinin üzvü, Qızıl aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova açıq elan edərək qonaqları salamladı. Yubileylər münasibətilə qonaqları və cəmiyyətin numayəndələrini təbrik etdi. Daha sonra söz Az.QAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov və Sumqayıt şəhər İcra Hakiminin müavini Rövşən Sadıqova verildi. Söz alan Novruz müəllim Azərbaycan Qızıl Aypara Cəmiyyətinin keçdiyi yoldan, fəaliyyət istiqamətlərindən danışdı. Növbəti natiq Rövşən müəllim QAC Sumqayıt şəhər bölməsinin şəhərdəki fəaliyyətindən, gördüyü işlərdən, şəhərin ehtiyaclı ahıllarına göstərdiyi qayğıdan danışaraq rəhbərliklərə öz minnətdarlığını bildirdi.

Daha sonra söz Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan numayəndəliyinin rəsmisi Rasim Allazova verildi. R.Allazov  hərəkatın yaranması tarixindən bu günə qədər keçdiyi fəaliyyət  yolundan danışdı və hər kəsi yubileylər münasibətilə təbrik etdi.

Daha sonra QAC Sumqayıt şəhər bölməsinin fəaliyyətində göstərdiyi köməkliyə  görə idarə – müəssisə nümayəndələrinə və fəal könüllülərə “Fəxri fərman” lar təqdim olundu.

Rəsmi hissə başa çatdıqdan sonra tədbirin bədii hissəsinə start verildi. Bakı şəhərindən dəvət olunan müğənnilərin rəngarəng ifaları və gözəl rəqs nümunələri ilə tədbir davam etdirildi.

11128700_409442392569229_2557388567267253677_n 11139768_409441782569290_319027550700941608_n 11150364_409441395902662_2121558984809857949_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın