Menu
Geri İrəli

Sumqayıtın 20 məktəbində ekoloji maarifləndirmə tədbirləri həyata keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2013 • Baxış sayı: 156 dəfə • Şərh yoxdur

Yeni dərs ilindən başlayaraq “Avropa Tələbələr Forumu-Sumqayıt” (AEGEE-Sumqayıt) İctimai Birliyi ekoloji problemlərin həllində yeniyetmə və gənclərin iştirakı ilə bağlı Sumqayıtda yerləşən 20-yə yaxın orta məktəbdə maarifləndirmə işləri həyata keçirəcək. Bu barədə “Xəbərlə” yə təşkilatdan məlumat veriblər.

  Layihənin həyata keçirilməsində əsas məqsəd ekologiyanın qorunmasına yeniyetmələrin diqqətini cəlb etmək və bu məsələdə onların iştirakını təmin etməklə məsuliyyət hissini artırmaqdır. Maarifləndirmə işləri Ekoloji Şəbəkə işçi qrupu tərəfindən aparılacaq. Qeyd edək ki, Ekoloji Şəbəkə may ayında keçirilən “Gənclərin Ekoloji Yaz Düşərgəsi” layihəsinin seçilmiş üzvlərindən ibarət heyətdən yaradılıb. Sözügedən layihə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, AEGEE (Association des Etats Generaux des Etudiants de l’Europe), yəni Avropa Tələbələri Forumu Avropada ən böyük tələbə assosiasiyasıdır; təşkilat Avropanın 43 ölkəsinin 243 şəhərindən olan 20.000-dək müxtəlif füsunkar mədəniyyətlərə malik tələbəni özündə birləşdirir. Onun həyata keçirdiyi bütün layihə və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. “Avropa Tələbələr Forumu-Sumqayıt” (AEGEE-Sumqayıt) İctimai Birliyi həmin Assosiasiyasının Sumqayıt şəhərində nümayəndəliyidir və 23 aprel 2009-cu ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Birliyin əsas məqsədi Azərbaycan və Avropa gəncləri arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına kömək etməkdir. Biz İctimai Birlik olaraq yerli və beynəlxalq səviyyədə tələbə və gənclər üçün layihələr təşkil edir, Azərbaycan həqiqətlərini dünyaya çatdırırıq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın