Menu
Geri İrəli

Sumqayıtın 60 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyul 2009 • Baxış sayı: 162 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt şəhərinin yaradılmasının 60 iliyinə həsr olunmuş xüsusi poçt markasının dövriyyəyə buraxılmasının rəsmi mərasimi  keçirilib. Bu barədə məlumatı sumqayıtxeber.com saytına Sumqayıt şəhər İcra Hakimiyyətindən veriblər.

 Məlumatda qeyd olunur ki, tdbirdə ilk öncə Sumqayıt şəhərinin 60 illik inkişaf dövrünü əks etdirən film nümayiş etdirilib. Daha sonra şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev çıxış edərək Sumqayıtın 60 illik inkişaf yolu barədə qısa məlumat verib. Sumqayıtın sənaye, zəhmətkeşlər şəhəri olduğunu vurğulayan şəhər rəhbəri 60 illik yubiley çərçivəsində keçirilən tədbir üçün bugünkü tarixin təsadüfi seçilmədiyini qeyd edib. 40 il əvvəl, məhz bu gün ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyini və məhz onun Azərbaycana rəhbərlik etdiyi illərdə Sumqayıtın görünməmiş sürətlə inkişaf etdiyini vurğulayıb. Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövr ərzində 16 dəfə Sumqayıtda olduğunu, ümummilli liderin şəhərə hər səfərinin Sumqayıtın tarixində yeni əlamətdar səhifə açdığını bildirib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab prezident İlham Əliyevin Sumqayıta daim diqqət və qayğı göstərdiyini, Sumqayıta son səfəri zamanı şəhərin müasir sənaye şəhərinə çevrildiyini qeyd etməsi şəhərdə görülən işlərə ən yüksək qiymət hesab edilməlidir.

“Bildiyiniz kimi, bu il Sumqayıt şəhərinin yaradılmasının 60 illik yubileyi tamam olur. Dövlətimizin başçısı möhtərəm cənab İlham Əliyev Sumqayıtın yubileyinin ölkəmizdə geniş qeyd edilməsi haqqında 24 aprel 2009-cu il tarixli sərəncam imzalamışdır. Sərəncama əsasən bir sıra silsilə tədbirlər həyata keçirilib. Belə ki, şəhər üzrə bir sıra müsabiqələrə – şeir, mahnı, foto, rəsm müsabiqələrinə, idman turnirlərinə, müxtəlif fənlər və üzrə bilik yarışlarına start verilib.  İnformasiya texnologiyaları üzrə “Gənc İnformatiklər-2009” müsabiqəsi həyata keçirilib. Sumqayıtda İnformasiya Texnologiyaları Akademiyası fəaliyyətə başlayıb. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Sumqayıtın orta məktəb şagirdlərinin rəsm və şeirlərindən ibarət tərtib olunmuş “Qanadlandıq uçmağa” almanaxının 10-cu sayının təqdimatı olub. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən Bakı Muzey Mərkəzində təşkil edilən Sumqayıt şəhərinin 60 illik yubileyinə həsr edilmiş təsviri və xalq tətbiqi sənət nümunələrindən ibarət “Xəzərin rəngləri” adlı sərgi keçirilib” deyən V.Əliyev Sumqayıtın 60 illiyinə həsr olunmuş markanın dövriyyəyə burаxılmаsının da silsilə tədbirlərdən biri olduğunu söyləyib.  

Daha sonra şəhər rəhbəri xüsusi marka möhürü vasitəsilə poçt markasının söndürülməsini həyata keçirib. Sonda sosialist əməyi qəhrəmanı Gülbahar Vəliyeva çıxış edərək dahi lider Heydər Əliyevin respublikada gördüyü işlərdən, o cümlədən Sumqayıtın tarixindın danışıb. 

Qeyd edək ki, şəhərin 60 illiyinə həsr edilmiş xüsusi pоçt mаrkаsı Sumqаyıt şəhər İcrа hаkimiyyətinin sifаrişi və təqdim еtdiyi dizаyn əsаsındа Аzərbаycаn Rеspublikаsı Rаbitə və İnfоrmаsiyа Tеxnоlоgiyаlаrı Nаzirliyinin «Аzərmаrkа» Şirkəti tərəfindən «Bеlоrus Çаp Еvi»ndə  tirаjı 1,0 milyоn ədəd оlmaqla çаp edilib.  

Facebook Şərhləndirmə:

Şərhinizi yazın