Menu
Geri İrəli

Sumqayıtın baxımsız küçələri: avtomobil yolunda zibil qabları

Müəllif: sumqayitxeber.com • Tarix: 23 May 2014 • Baxış sayı: 883 dəfə • Şərh yoxdur

yol-47-34Sumqayıt şəhər 47-ci məhəllə ilə 10-cu mikrorayon arasındakı küçədə piyadaların hərəkəti üçün səkilərin olmaması  ilə bağlı daha öncə yazmışdıq. Belə ki, bu küçə yeganə küçədir ki, burada piyadalar hərəkət etmək üçün gərək maşın yoluna çıxsınlar. Bu küçədə piyadalar da, maşınlar da eyni yolda hərəkət edirlər.

sumqayitxeber.com-a yazan şəhər sakini bildirir ki, bu küçədə dəfələrlə qəzalar baş verib. “Buna baxmayaraq bu küçədə hər gün bir obyekt tikilir və piyadaların hərəkəti üçün səki salınmır. Bu azmış kimi küçənin iki yerində böyük ölçüdə zibil qabları yerləşdirilib.  Heç bir yerdə görünməyib ki, zibil qablarını küçənin ortasına qoysunlar.  Zibil qabları onsuzda dar küçədə maşınların hərəkətinə də ciddi maneə törədir. “

sumqayitxeber.com şikayət daxil olan küçə ilə bağlı fotoları təqdim edir:

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın