Menu
Geri İrəli

Sumqayıtın deputatı dünya türk forumunda məruzə edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2015 • Baxış sayı: 360 dəfə • Şərh yoxdur

musa qasimli3Milli Məclisin deputatı, AMEA Dünya Siyasəti İnstitutunun direktoru,  Akademiyanın “Azərbaycanlılara qarşı soyqırım tədqiqatları komissiyası”nın “Azərbaycanlılara qarşı soyqırım siyasəti” yarımkomissiyasının  rəhbəri, professor Musa Qasımlı 24-25 aprel tarixlərində İstanbulda keçiriləcək IV Dünya Türk Forumunda “ Rusiya və Gürcüstan arxiv materialları əsasında Şərqi Anadoluda və Cənubi Qafqazda  şərait və erməni silahlı dəstələrinin fəaliyyətləri (1917, fevral – 1918, fevral)” mövzusunda məruzə edəcəkdir.

Məruzədə Birinci dünya müharibəsinin son mərhələsində, xüsusən 1918-ci il 31 martda törədilən soyqırıma qədərki müddətdə Şərqi Anadoluda və Cənubi Qafqazda dinc türk-müsəlman əhalinin kütləvi şəkildə öldürülməsi ən mötəbər arxiv mənbələri əsasında təqdim ediləcəkdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın