Menu
Geri İrəli

Sumqayıtın deputatı Milli Məclisdə hökumətin hesabatı müzakirə edilərkən şəhərimiz haqqında nə deyib?

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Mart 2014 • Baxış sayı: 640 dəfə • Şərh yoxdur

Millət vəkili, professor Musa Qasımlı Milli Məclisdə hökumətin 2013-cü il üçün hesabatı müzakirə olunarkən çıxış edərək  Sumqayıt şəhərinin sosial-iqtisadi, mədəni inkişafına və yeni iş yerlərinin açılmasına xüsusi diqqət yetirdiyi üçün Prezidentimiz cənab İlham Əliyevə seçicilər adından təşəkkürünü bildirib. Sumqayıt şəhərinin simasının gündən-günə dəyişdiyini, müasirləşdiyini deyib. Millət vəkili yeni bir təkliflərlə çıxış edib. O, böyük maliyyə yükü daşımasına və digər  çətinliklərə baxmayaraq, Sumqayıt şəhərində yataqxanaların tədricən ləğv edilməsi, sakinlərinin hər hansı bir formada mənzillərlə təmin olunmaları barədə  uzunmüddətli hökumət  proqramının qəbul edilməsi barədə düşünməyi hökumətdən xahiş edib.

sumqayitxeber.com

musa qasimli

Facebook Şərhləndirmə:

Şərhinizi yazın