Menu
Geri İrəli

Sumqayıtın millət vəkili kitab yazdı

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Fevral 2014 • Baxış sayı: 288 dəfə • Şərh yoxdur

Ermeni meselesindenMəlum olduğu kimi, Ermənistan  və xarici ölkələrdəki erməni diasporası tarixdə heç bir zaman olmayan uydurma erməni soyqırımının 100 illiyinə hazırlaşır. Məqsədinə nail olmaq naminə dünya ölkərinin rəsmi dairələrini və ictimai rəyini aldatmaq üçün müxtəlif üsullardan istifadə edir, ənənələrinə sadiq qalaraq gerçək tarixi də saxtalaşdırırlar. Onların saxtakarlığına ən mötəbər arxiv mənbələri və digər təkzibedilməz sənədlər əsasında dərin əsaslandırılmış elmi cavab verilməsi tarixçilərimizin borcudur. Tanınmış tarixçi alim, professor, millət vəkili Musa Qasımlının bu yaxınlarda “Mütərcim” nəşriyyatında ““Erməni məsələsi”ndən “erməni soyqırımı”na: Gerçək tarix axtarışında (1724-1920)” adlı 464 səhifəlik iri həsmli monoqrafiyası bu baxımdan ciddi bir addım kimi qiymətləndirilə bilər.  Əsasən Rusiya və Gürcüstan, o cümlədən ABŞ, Böyük Britaniya, Türkiyə, Fransa və Azərbaycan arxivlərinin bir çoxu indiyədək istifadə edilməyən və elmi dövriyyəyə ilk dəfə gətirilən ən mötəbər materialları və rəsmi sənədlər əsasında yazılmış monoqrafiyada Rusiya imperatoru I Pyotrun 1724-cü ildə verilmiş fərmanından başlayaraq 1920-ci ildə Ermənistanın sovetləşdirilməsinədək olan dövrdə ermənilərin Cənubi Qafqaza gətirilərək azərbaycanlılara məxsus  torpaqlara yerləşdirilməsi,  uydurma erməni məsələsinin süni surətdə meydana çıxarılması, erməni terror təşkilatlarının və silahlı dəstələrinin qurulması, tarixdə heç bir zaman olmayan “Böyük Ermənistan” ideyasının ortaya atılması, onu yaratmaq üçün 1905-1906-cı illərdə dinc türk, müsəlman əhaliyə qarşı törədilən qırğınlar və ərazilərin yerli azərbaycanlı əhalidən təmizlənməsi, Birinci Dünya müharibəsi  illərində erməni silahlı dəstələrinin hazırlanması və törətdikləri dəhşətli soyqırımlar, bu fəaliyyətlərdə çar Rusiyasının və digər dövlətlərin rolu, tarixi Azərbaycan torpaqlarında Ararat Respublikasının qurulması, daşnak Ermənistanında digər xalqlara münasibət başlıca olaraq beynəlxalq münasibətlərdə cərəyan edən proseslər fonunda araşdırılmışdır.  Təkzibedilməz tarixi fakt və sənədlərin danışdığı bu əsər erməni yalanlarını alt-üst edir və erməni tarixçilərinin ona tutarlı cavab verməsi mümkün deyildir.  Əsərdən məlum olur ki, müəyyən dövrlərdə öz maraqları üçün ermənilərin əsassız iddialarını müdafiə edən bir çox ölkələrin rəsmi dairələri sonradan həqiqətləri bilərək onlardan üz döndərmiş, törədilən qırğınlarda düzgün olaraq bilavasitə erməni təşkilatlarını günahlandırmışlar.

Monoqrafiyanın maraqlı məziyyətlərindən biri daşnak Ermənistanının dinc türk, müsəlman əhalinin yaşadıqları yaşayış məntəqələrini dağıtmalarına, daşnak silahlı dəstələrinə aid Rusiya və Gürcüstan arxivlərindən toplanan və indiyədək  istifadə edilməyən fotoşəkillərin verilməsidir.

Tarixçi, siyasətçi və diplomatlar üçün nəzərdə tutulmuş bu dəyərli əsərin elmi redaktoru görkəmli Azərbaycan alimi, professor Əli Həsənov, rəyçiləri tanınmış  Türkiyə tarixçisi, professor Kamal Çiçək, Gürcüstan tarixçisi, professor Quram Marxuliya, Rusiya tarixçisi, dosent İsmayıl Agakişiyevdir.

Əsər  türk və rus dillərində Türkiyə və Rusiyada da nəşrə hazırlanır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın