Menu
Geri İrəli

Sumqayıtın simvolu söküləcək?

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2011 • Baxış sayı: 522 dəfə • 7 şərh

Sovet dövründə ucaldılan abidə şəhərin yeni icra başçısının xoşuna gəlməyib

Sumqayıt şəhərinin simvolu dəyişdirilə bilər. Modern.az-ın məlumatına görə, Sumqayıt şəhərinin girişində ucalan simvol İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizovun xoşuna gəlməyib. E.Əzizov İcra Hakimiyyətindəki toplantıda deyib ki, şəhərin girişində olan abidənin hansı məna verdiyini bilmək mümkün deyil. İcra başçısı tezliklə şəhərin yeni gerbinin hazırlanacağını da qeyd edib. Yeni icra başçısı onu da vurğulayıb ki, şəhərin gerbinin certyoju müsabiqə yolu ilə seçiləcək.

Qeyd edək ki, üzərində göyərçin qanadları olan 15 ədəd üst-üstə qoyulmuş və aşağıdan tuxarıya doğru spiral şəklində burulan daş plitələrdən ibarət abidə şəhərin simvoludur. Sumqayıtın girişində ucalan abidədəki 15 ədəd daş şəhərin tikintisində bütün 15 sovet respublikasının iştirakını, spiral şəkili sonsuz şəhər olmasını, göyərçin isə sülhün rəmzini simvoilizə edir.
Göyərçinin qanadları o vaxt mövcud olan Sumqayıt stansiyası və dəniz istiqamətindədir. Sonradan abidə alüminiumdan yenidən ucaldılarkən 15 daş prinsipinə əməl olunmayıb. Abidənin Memarı Süleyman Həbib oğlu Hacıyevdir (Şəkinski).

***

Sumqayıtın yeni icra başcısı Eldar Əzizovun şəhərin girişində yerləşən abidənin dəyişdirilməsi ilə bağlı fikirlərini bu şəhərdən olan millət vəkili Leyla Abdulayeva da dəstəkləyib. Modern.az-a danışan millət vəkili deyib ki, Sumqayıt şəhərinin belə bir dəyişikliyə ehtiyacı var.

“Tez-tez xarici səfərlərdə oluruq. Dünyada hər bir böyük şəhəri emblemi, simvolu ilə tanıyırlar. Təbii ki, Sumqayıtın da buna ehtiyacı var. Sumqayıt Azərbaycanın böyük şəhərlərindən biridir, burda inkişaf hiss olunur”.

Millət vəkilinin sözlərinə görə, Sumqayıtın yeni simvolu şəhərin inkişafına uyğun olmalıdır. Eyni zamanda, L.Abdullayeva bildirib ki, şəhərin yeni simvolu müsabiqə yolu ilə müəyyən olunacaq. Və bu məsələdə Sumqayıt sakinlərinin fikri də nəzərə alınacaq. “Hesab edirəm ki, bu simvol Sumqayıta uyğun olacaq və şəhəri tam şəkildə göstərə biləcək”.
Yeniliyin tərəfdarı olan xanım millət vəkili şəhərin girişində olan abidənin hansı anlam daşıdığına da aydınlıq gətirib. “Sumqayıt dənizin kənarında yerləşən bir şəhərdir,  bu şəhərin girişində olan simvol dəniz dalğası ilə qağayını göstərir, təbii ki, bu da Sumqayıtın dənizkənarı bir şəhər olduğunun göstəricisidir”. modern.az

Facebook Şərhləndirmə:

“Sumqayıtın simvolu söküləcək?” yazısına 7 cavab

  1. Nurana deyir:

    Belke sheherin once temizlik ishleri ile meshgul olasiniz Meselen, en vacibi olan Baki-Sumqayit marshurutunda avtobuslarin shuselerinin yuyulmasi ve oturacaqlarin ,salonun illerle temizlenmeyenen cirkinin aradan qaldirilmasi. Allah etmesin ishden biraz gec cixasan, shuseler o qeder cirklidir ki, qaranliqda hec bilmirsen hara gedirsen, bezen sehven Sumqayita gederken Sarayda da dushduyumuz hallar olur!

  2. Habil deyir:

    Mən istərdim ki, yeni başçı daha ciddi problemlərin həlli ilə məşğul olsun. bu abidə illərdi ki, orada durub və indiyədək heç kimin xətrinə dəyməyib, yəni nə kiməsə şıllaq atmayıb, şapalaq vurmayıb. Ona sərf etmək istədiyi vəsati şəhərin yaşayış binalarının zirzəmilərinin təmizlənlənməsinə və məhəllədaxili yolların təmirinə sərf etsin.

  3. Ruslan deyir:

    Mən söylənilən fikirlər ilə tamamilə razıyam. Sumqayıtın o qədər problemi var ki, saymaqla qurtarmaq olmaz. Bir saqqal-darağımız əksik idi. Sumqayitdaki zavodları-fabrikləri işə salmaq lazımdır. Camaat iş tapa bilmir. Sumqayıtın başıpapaqlılarının 90%-i səhər obaşdan Bakıya bir tikə çörəkpulu qazanmaq üçün gedir. Belə məsələləri həll etmək lazımdır, cənab İCRA BAŞÇIsı! Kosmetik işlər sonranın işidir.

  4. vusal deyir:

    O qardas duz deyir.Sumqayit marsurutlari berbat gundedi.Iyiden qoxudan oturmaq olmur.En esas da Baki -Sumqayit ve 437 nomreli Sumqayit -Sederek Yarmarkasi.It gunundedi bu masinlar.Hele orta oturacaqlar lap biyabirciliqdi.Oturmaq mumkun deyil.Dunyanin en geri qalmis olkelerinde bele oturacaqlar qoyulmur.Insallah yeni basci bir isler gorer.Umud edek!

  5. Bahar deyir:

    GOZUMUS OYRESIB BU SIMVOLA.MEN SUMQAYITIN ADI GELENDE HEMISE DENIZ QIRAGINDAKI “GOYERCIN”GELIR GOZUMUN QABAGINA.

  6. Suleyman deyir:

    SUMQAYITIN SİMVOLUNUN SÖKÜLMƏSİNƏ ETİRAZ VAR

    Memarın oğlu Nüsrət Hacıyev: “Abidəyə ideoloji don geydirmək məntiqsizlikdir”

    http://www.musavat.com/new/%C3%96lk%C9%99/96881-SUMQAYITIN_S%C4%B0MVOLUNUN_S%C3%96K%C3%9CLM%C6%8FS%C4%B0N%C6%8F_ET%C4%B0RAZ_VAR

    Qəzetimizin ötən saylarından birində Sumqayıtın girişində yerləşən və şəhərin simvolu hesab edilən abidənin söküləcəyi ilə bağlı məlumat vermişdik. 15 ədəd üst-üstə spiral şəklində qoyulmuş daş və göyərçin anlamına gələn abidənin memari 2000-ci ildə dünyasını dəyişmiş Süleyman Həbib oğlu Hacıyevdir.

    Qeyd edək ki, abidədəki 15 ədəd daş şəhərin tikintisində bütün 15 sovet respublikasının iştirakını, spiral şəkili sonsuz şəhər olmasını, göyərçin isə sülhün rəmzini simvolizə edir. Abidənin şəhərin yeni icra başçısı Eldar Əzizovun xoşuna gəlmədiyi bildirilirdi. Rəyini öyrəndiyimiz şəhər sakinləri də abidənin sökülməsinin tərəfdarı olduqlarını bildirmişdilər.
    Dünən isə mərhum memarın oğlu Nüsrət Hacıyev redaksiyamıza gələrək, abidənin sökülməsinə etirazını bildirdi. Uzun illər Sumqayıtda yaşadığını deyən N.Hacıyev rəmzi gözlərə yatmış, yaddaşlarda həkk olunmuş abidənin sökülməsini düzgün hesab etmir. Onun sözlərinə görə, bu abidə bölgələrimizdə, eləcə də xaricdə Sumqayıtın rəmzi kimi tanınır: “Bu xatirələri vətəndaşlarımızın, əcnəbi turistlərin yaddaşından pozmayın”.
    N.Hacıyev sözügedən abidəyə ideoloji don geydirməyin də əleyhinədir: “O ki qaldı abidənin mənasına, ideyasına, səmaya ucalan pillələr yüksəkliklərə aparır, şəhərin inkişafını, tərəqqisini bəyan edir, pillələrin ən yüksək nöqtəsinə qonan qağayı şəhərin azad ruhunu rəmz şəklində təsvir edir, eyni zamanda qağayı Xəzərin qoynunda salınan şəhərdən bəhs edir. Bununla bərabər, qağayının bir qanadı şəhərin yerləşdiyi yeri nişan tutur. Hər əsər eyni fikirlə qəbul olunmur və bu, təbiidir. Bu abidə ilə bağlı fərqli fikirlər söylənilə bilər. Ancaq ”abidənin mənası yoxdur” demək arzuolunmazdır. Söhbət Sumqayıtın əhalisinin, ziyalılarının, fəhlələrinin yaddaşı, tarixçələrindən gedir. Onların qəlbindən bu xatirələri silməyin”.
    N.Hacıyev bildirdi ki, sumqayıtlılar memar S.Hacıyevin şəhər üçün gördükləri işlərlə yaxşı tanışdırlar: “Gözəl tərtibatla fərqlənən ”Ana və uşaq” kafesi, avropasayağı kafe, həmçinin kiçik çeçarlıq formaları, qəzet, çiçək köşkləri, dükan vitrinlərinin tərtibatı S.Hacıyevin şəhər üçün təmənnasız gördüyü işlərdir. Söküləcək abidənin müəllifi mənim atam olsa da, etirazım ata-oğul münasibətlərindən uzaqdır. Bu abidə şəhər üçün tarixi əhəmiyyət daşıyır. Bu səbəbdən xahiş edirəm, abidəni sökməyin”.

  7. Dasqin deyir:

    menim fikrimce hormetli icra bascimiz ya bekardi ya da ki o abide gozune girir men sumqayit sakini olarag gozumu acannan o abideni gormusem ve o abide mene cox dogmadi artig besdirin bele bize deyerli olan seyleri elimizden almaga calisirsiz men buna cox onem verirem icra hakimiyyetimizin o cure gozel gorkemli binasini ne hala saldiniz indide bu cure gozel abideni deyismey isteyirsiniz millət vəkili Leyla Abdulayeva sumqayitimizi hami bu abideye gore taniyir ve taniyacagda xahis edirem seherimizden el cekin mene bu abide dogmadi gedin daha boyuk problemler axtarin ve helli yollarini gosterin menim fikrimce bu abide ne prablemdi ne de ayri bir sey men sumqayitimi ve abidesini bele sevirem belede sevecem pul xerclemeye yer tapmirsiniz deyesen men bu dediylerinize etiraz edirem o abideninde dagilmagini istemirem bu qeder her halda oz fikirlerinizden once bir sumqayit sakininin fikrine hormet etme qabiliyyeti vardir sizde men bele dusunurem

Şərhinizi yazın