Menu
Geri İrəli

Sumqayıtın yeni icra başçısı kimdir? – DOSYE (FOTOLAR)

Müəllif: Sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2015 • Baxış sayı: 822 dəfə • Şərh yoxdur
Share Button

zferecovvXəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Zakir Fərəcov Abşeron rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ölkə başçısının digər sərəncamı ilə 0 Sumqayıt şəhərinə icra başçısı təyin edilib.

Günlərdir mətbuatda haqqında danışılan Zakir Fərəcov bu təyinatadək bir sıra postlarda çalışıb.

AzVision.az Zakir Fərəcovun tərcümeyi-halını təqdim edir:

Fərəcov Zakir Fərəc oğlu 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olub.

O, 1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil alıb.

Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlayıb.

1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olub.

Z.Fərəcov 1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlayıb.

O daha sonra 1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun “Sənaye İqtisadiyyatı” fakültəsisin axşam şöbəsinə daxil olub, 1980-cı ildə həmin İnstitutu bitirib.

1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunub.

Z.Fərəcov1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak edib və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilib.

Prezident İlham Əliyevin sərəncamı ilə o 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli 2625 saylı Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunub.

Ölkə başçısının bu gün imzaladığı sərəncamla o, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Ailəlidir, 4 qızı, 1 oğlu, 5 nəvəsi var.

Qeyd edək ki, Zakir Fərəcov Milli Məclisin deputatı Nazim Fərəcovun qardaşıdır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın