Menu
Geri İrəli

Sumqayıtın yol infrastrukturu yenidən qurulur

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Noyabr 2015 • Baxış sayı: 1,274 dəfə • Şərh yoxdur

new asphalt“sumqayitxeber.com” xəbər verir ki, şəhərin avtomobil yolları, prospekt və küçələri üzrə aparılan əsaslı təmir işləri sürətlə davam etdirilir.

Sumqayıt şəhər sakinlərini ən çox narahat edən problemlərdən biri də şəhərin əsas küçə və prospetlərininin və məhəllədaxili yolların yararsız hala düşməsi idi. Ümumşəhər müşavirəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov illərlə yığılıb qalmış problemlər sırasında yollarla bağlı vəziyyəti də xatırlatdı. Artıq bu istiqamətdə işlərə başlanıldığını qeyd etdi. Qısa müddət ərzində şəhərin bütün ərazilərində asfalt örtüyünün vurulacağına söz verdi.

Verilmiş vəd özünü çox gözlətməyib. Artıq şəhərin müxtəlif ərazilərində avtomobil yolları əsaslı təmir oldunur.

Hazırda şəhərin 9-cu mikrorayonunda Şəmsi Bədəlbəyli küçəsində İcra Hakimiyyəti başçısının göstərişinə uyğun olaraq uzunluğu 600 metr eni 15 metr olan küçədə asfaltlanma işləri aparılır.

sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın