Menu
Geri İrəli

Sumqayıtlı idmançı: “Prezidentə bayram hədiyyəsi edəcəm”

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyun 2015 • Baxış sayı: 607 dəfə • Şərh yoxdur

“Bakı-2015″ I Avropa Oyunları çərçivəsində bu gün tatamiyə Azərbaycanın son məşəldarı, cüdoçu İlham Zəkiyev çıxacaq.
2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu, əməkdar idman ustası, “Şöhrət” ordeni, “Tərəqqi” medalı, “Heydər Əliyev” Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl çinar” mükafatları laureatı İlham Zəkiyev deyir ki, bu gün onun üçün 3 qat sevincli gündür.

“Bu gün Azərbaycan Silahlı Qüvvələr Günüdür. Mən özümə söz vermişəm ki, bu yarışdan mütləq qalib ayrılıb və cənab Prezident İlham Əliyevi, xalqımızı daha bir qızıl medalla sevindirim. Qızıl medal qazanacam və düşünürəm ki, bu prezidentə bayram hədiyyəsi olacaq. Bundan başqa, bu gün mənim oğlum Həmzənin 2 yaşı tamam olur. Qələbəm həm də oğlum üçün hədiyyə olacaq”, – deyə İlham Zəkiyev açıqlamasında deyib.




İ.Zəkiyev rəqibilə günorta saatlarında münasibətlərə aydınlıq gətirəcək. Onun rəqibi isə I görüşdə qarşılaşacaq yunan və türk pəhləvanlarından biri olacaq.

Onun sözlərinə görə, zədəli olsa da, bu ona mane olmayacaq. “Bu görüşdən mütləq qalib ayrılacağam”.

Zəkiyevlə yanaşı Zakir Mislimov da mübarizəyə başlayacaq. Birinci görüşdə onun rəqibi Ukraynalı idmançı olacaq. Əgər həmin görüşdən qalib ayrılarsa, idmançı növbəti dəfə tatamiyə çıxacaq. Onun rəqibi isə fransız və rus idmançılarının mübarizəsindən qalib ayrılan pəhləvan olacaq.

“Bu yarışa çox ciddi hazırlaşmışam. Yüksək əhval-ruhiyədəyəm. İnanıram ki, qızıl medal qazanacağam”, – deyə Zakir Mislimov bildirib.

Qeyd edək ki, Zakir Mislimov Avropa oyunlarının gümüş mükafatçısıdır.  (anspress.com)

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın