Menu
Geri İrəli

Sumqayıtlı jurnalist işdən çıxarıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Fevral 2014 • Baxış sayı: 551 dəfə • Şərh yoxdur

natiq-cavadliJurnalist Natiq Cavadlı Qaynar.info-ya açıqlamasında faktı təsdiqləyib. O yayılan məlumatın doğru olduğunu bildirib.

N. Cavadlı qeyd edib ki, işdən çıxarılması ilə bağlı heç bir ərizə yazmayıb. Onu işdən rəhbərlik çıxardıb.

***

“Bizim Yol” qəzetinin əməkdaşı tanınmış jurnalist Natiq Cavadlı işədn çıxarılması xəbəri yayılıb.

Qaynar.info xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Yayılan məlumatlara görə, Natiq Cavadlının işdən çıxmasına səbəb iqtisadçı ekspert Qubad İbadoğludan götürdüyü müsahibə olub. Belə ki, Qubad İbadoqlu müsahibədə Dövlət Gömrük Komitəsi ilə bağlı ilginc faktlar açıqlamışdı. Bu müsahibə dərc olunandan sonra qəzetin rəhbərliyinə təzyiq edilib. Qəzetin rəhbərliyi də Natiq Cavadlını işdən çıxartmaqla yaranmış vəziyyətdən çıxmaq istəyib.

Xəbərlərin yayılmasında bir neçə saata qədər vaxt keçməsinə baxmayaraq nə Natiq Cavadlının özü, nə də qəzetin baş redaktoru Bahəddin Həziyev duruma aydınlıq gətirməyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın