Menu
Geri İrəli

Sumqayıtlı jurnalistin şikayətinə DİN-dən cavab gəldi

Müəllif: sumqayitxeber.com • Tarix: 21 May 2010 • Baxış sayı: 222 dəfə • Şərh yoxdur

Mayın 15-də Azadlıq” blokunun Metronun İcəri Şəhər stansiyasında keçirdiyi kütləvi aksiya zamanı zorakılığa məruz qalan Yükseliş naminə və AXCP-nın üzvü Elcin Həsənovun DİN-i Ramil Usubova  və İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elcin Behbudova müraciəti üzrə Bakı Şəhər Baş Polis Idarəsində (BŞBPI) aparılan araşdırmanın cavabı gəlib

Elcin Həsənov müraciətində  aksiya zamanı Səbayel Rayon Polis Idarəsinin rəis müavini tərifindən döyüldüyü bildirilirdi. Araşdırma hüquq müdafiəçisi Elçin Behbudovun BŞBPI-yə müraciəti əsasında başlanılıb. Dünən DİN-i Baki şəhər Baş Polis İdarəsinin Təşkilatı –İnspektor İdarəsinin rəis müavini  Qiyas Həmidovun imzası ilə E. Həsənovun ünvanına məktub daxil olub. Məktubda  bildirilirki, 26-04-2010-cu il tarixdə Səbayel rayonu ərazisində kecirilən icazəsiz mitinqdə iştirak etdiyinizə görə 8-ci PB-yə aparılaraq 3-4 nəfər polis əmakdaşı tərəfindən nalayiq sözlərlə təhqirolunaraq döyülməniz nəticəsində dəyişməsi ilə bağlı sizə təcili tibbi yardım çağırılması haqda İŞGƏNCƏLƏRƏ QARŞI AZƏRBAYCAN KOMİTƏSİNƏ etdiyiniz müraciətə Bakı şəhər Baş Polis idarəsində baxılmışdır.

Müəyyən edilmişdir ki, 26.04.2010-cu il tarxixdə, saat 12 radələrində Bakı şəhəri, İstiqlaliyyət küçəsində icazəsiz biket keçirməyə cəhd göstərən bir qrup şəxslə birlikdə polis əməkdaşlarının qanun tələblərinə tabe olmadığınıza görə DİN ÇPA-nın polis nəfəri İ.Ələkbərov və qeyriləri tərəfindən saxlanılıb, əsaslı olaraq ərazi aidiyyatı üzrə Səbail RPİ 8-ci PB-ya gətirilərək barənizdə raport təqdim olunmuşdur.

Səbail RPİ 8-ci PB-nın sahəinspektoru E.Hacıyev tərəfindən araşdırılma aparılaraq “ İnzibati xətalar məcəlləsi”nin 310.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmiş və həmin gün toplanmış materala Səbayel rayon mehkemesində baxılaraq qeyd olunan maddadə nəzərdə tutulan inzibati xətanı  törətməkdə təqsirli bilinib 20 manat məbləgində cərimə olunmusunuzş

Xidməti tədqiqat nəticəsində sizə qarşı polis əmakdaşları tərəfindən qanunazidd hərəkətlərə yol verilməsinə dair xüsusatlar tesdiq olunmamışdır.

Bizimlə sıhbətində E. Həsənov bucur cavab alacagina hec təəcüblənmədiyini bildirdi. Cünki bucür faktlar 1-ci dəfə deyil menim başıma gəlir və hər dəfə DİN-ən eynicür cavablar almışam. Bundan elavə onuda qeyd edim ki son günlər mobil tel-ma zeng eden RPİ 8-ci PB-nın sahəinspektoru E.Hacıyev meni bolmeye gelmeyi ve Sebayel Rayon Prokrorluguna etdiyim şikayəti şikayəti geri göturmaya məcbur edir. Men ondan resmi cagırış vereqesi olmadan hecyere getmeyeceyimi bildirende ise o meni hetta hedelemekdende cekinmedi. Onun sozlerine gore bura gelende meni nece lazimdir başa salacaqlar.

E. Həsənov sonda bu qərarı qeyri-qanuni hesab ederək artıq öz hüquqlarını Səbayel Rayon Mehkemesinə müraciıt etdiyini bildirdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın