Menu
Geri İrəli

Sumqayıtlı müharibə veteranları onlara göstərilən dövlət qayğısından razılıq edirlər VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 9 May 2017 • Baxış sayı: 1,125 dəfə • 1 şərh

Faşizm üzərində Qələbənin 72-ci ildönümü Sumqayıtda da qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoyublar. Müharibədə həlak olan həmyerlilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə müharibənin bəşəriyyətə gətirdiyi faciədən, Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıqlardan, Qələbənin qazanılmasında Bakı neftinin müstəsna rolundan bəhs edilib. Sumqayıtlılar torpaqlarımızın işğaldan azad ediləcək günün də tezliklə qeyd olunacağına inandıqlarını bildiriblər.

Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov veteranlarla görüşüb. Veteranlar onlara göstərilən dövlət qayğısından razılıq ediblər.

Qələbə günü münasibətilə keçirilən paradda milli ordunun “N” saylı hərbi hissəsinin əsgərləri, nəfəsli alətlərin orkestri, Sumqayıtdakı məktəbliləri təmsil edən “Şahin” komandaları, hərbi geyimli məktəblilər iştirak ediblər.

Parad iştirakçıları abidənin önündən keçəndən sonra şəhərin küçələri boyunca hərəkət ediblər. Hərbi marşın sədaları altında nizami addımlarla irəliləyən paradı minlərlə şəhər sakini izləyib.

DSC_0005 DSC_0008 DSC_0009 DSC_0013 DSC_0018 DSC_0043 DSC_0045 DSC_0058 DSC_0073 DSC_0086 DSC_0098 DSC_0108 DSC_0115 DSC_0126 DSC_0132 DSC_0143 DSC_0154 DSC_0160 DSC_0162 DSC_0188 DSC_0196 DSC_0201 DSC_0208 DSC_0213 DSC_0218 DSC_0223 DSC_0230 DSC_0243 DSC_0246 DSC_0258 DSC_0262 DSC_0273 DSC_0278 DSC_0290 DSC_0301 DSC_0315 DSC_0336 DSC_0344 DSC_0357

Facebook Şərhləndirmə:

“Sumqayıtlı müharibə veteranları onlara göstərilən dövlət qayğısından razılıq edirlər VİDEO” yazısına bir cavab

  1. Sevda Memmedova deyir:

    Allah ölənlərə rəhmət eləsin! Qalanlara can sağlığı versin.

Şərhinizi yazın