Menu
Geri İrəli

Sumqayıtlı Qarabağ qazisinin apelyasiya şikayəti təmin olunmadı

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2014 • Baxış sayı: 386 dəfə • Şərh yoxdur

mehkeme5Oktyabrın 24-də Apelyasiya Məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin qərarını qüvvədə saxlayaraq Malik Məcidovun şikayətini təmin etməyib. Bunu dünən redaksiyamızla əlaqə saxlayan M.Məcidov özü bildirib.

Xatırladaq ki, 28 sentyabrda Sumqayıt Şəhər Məhkəməsinin hakimi Elman Məmmədovun sədrliyi ilə I qrup Qarabağ qazisi Malik Məcidovun işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə M.Məcidovun şikayətini təmin etməmişdi. Bu qərardan sonra vəkil Ruslan Mustafazadə birinci instansiyadan Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət vermişdi.

Yada salaq ki, Sumqayıtın keçmiş IH başçısı Vaqif Əliyevin rəhbərliyi dönəmində Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən binadan bir mənzili də I qrup Qarabağ əlili M.Məcidova verirlər. Lakin sonradan bu ev satılır və əlilə növbəti bölgüdə ev alacağı vədi verilir. Aradan illər keçsə də, şəhərə yeni icra başçısı gəlsə də, qazinin çoxsaylı müraciətləri cavabsız qalıb. Sonda çıxış yolunu məhkəmələrdə görən qazi bu qurumlarda da ədalət tapa bilməyib.

Vəkil Ruslan Mustafazadədən aldığımız məlumata görə, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarından Avropa Məhkəməsinə şikayət hazırlanır.a

Facebook Şərhləndirmə:

Şərhinizi yazın