Menu
Geri İrəli

Suriyaya gedən güləşçi tapıldı və danışdı: “Narahat olmayın, yaxşıyam”

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Sentyabr 2014 • Baxış sayı: 653 dəfə • Şərh yoxdur

62795_res_01Suriyaya gedən peşəkar güləşçi Rəşad Baxşəliyev ailəsinə zəng edib.

Bu barədə azvision.az-a idmançının ailəsi məlumat verib. Srağagün anasına telefon açan R.Baxşəliyev vəziyyətinin yaxşı olduğunu bildirib.

“Ana, hər şey yaxşıdır, narahat olmayın məndən. Tez-tez zəng edə bilmirəm buradan. Yaxşıyam, heç bir problemin yoxdur”-deyə, güləşçi anası ilə söhbətində bildirib.

Əslən Kəlbəcər rayonundan olan R.Baxşəliyev dəfələrlə respublika çempionatlarında yüksək nəticələr əldə etmiş peşəkar güləşçidir. O Suriyaya ailəsi və körpə uşağı ilə birgə gedib.

Onu da qeyd edək ki, Rəşad Baxşəliyevin Suriyaya Əsəd rejiminə qarşı döyüşlərə getməsi ilə bağlı ilk məlumatı da adıçəkilən sayt yayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın