Menu
Geri İrəli

Təhsil Nazirliyi Sumqayıt məktəbi üçün açıq tender elan edir

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Yanvar 2013 • Baxış sayı: 256 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhəri general M. Əsədov adına orta ümumtəhsil internat məktəbi 2013-cü ildə ərzaq məhsullarının satınalınması üçün A Ç I Q    T E N D E R    E L A N    E D İ R

Tender  iştirakçılarına  təklif  edilir  ki,  tender  təkliflərini  möhürlənmiş, imzalanmış  şəkildə  ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları  lazımi  texniki və maliyyə imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Sumqayıt  şəhəri, 9- cu mikrorayon,  M.Əsədov adına tam orta ümumtəhsil internat məktəbindən (əlaqələndirici şəxslər-Ə.G.İsmayılov və  L.Ə. Babayeva, tel-642-13-29; 644-56-98) ala bilərlər.

İştirak haqqı-100 manat (AYM)

Təşkilat: Sumqayıt şəhər YXO

H/hesabı 42010019442501751125

VÖEN – 2900380561

Bank: “Kapital Bank” ın

1 saylı Sumqayıt filialı

VÖEN- 9900003611

Kod- 200253

M/ hesab

-AZ37NABZ0135010000000000194

S.W.İ.F.T.BİK AİİBAZ2X

Tenderdə  iştirak  haqqı  heç  bir  halda  geri  qaytarılmır. İştirakçılar  tenderdə  iştirak  etmək  üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

-tenderdə iştiak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank zəmanəti;

-tender təklifi ( zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 2% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə ( əsli və surəti) tərtib olunmalıdır ( xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “ Dövlət  satınalmaları  haqqında” Qanuna  uyğun  keçiriləcəkdir.  İddiaçılar tenderdə  iştirak  etmək  üçün  yuxarıda  göstərilən  sənədləri  ( tender təklifi və bank  zəmanəti istisna olmaqla) 17 yanvar 2013-cü il saat 17.00-a qədər, tender təklifi və bank  zəmanətini isə  möhürlənmiş ikiqat zərfdə 24 yanvar 2013-cü il saat 17.00-a qədər (ünvan:  Sumqayıt  şəhəri, 9- cu mikrorayon M. Əsədov  adına internat məktəbi) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec  təqdim  olunmuş zərflər  açılmadan  geri  qaytarılacaqdır. İşin  görülmə müddəti ilin sonuna  kimi qüvvədədir. İddiaçıların təklif zərfləri 25 yanvar  2013-cü il saat  11.00- da yuxarıda  göstərilən  ünvanda  açılacaqdır.  İddiaçıların  səlahiyyətli nümayəndələri  iştirak  edə bilərlər.

Tender komissiyası

Facebook Şərhləndirmə:

Şərhinizi yazın