Menu
Geri İrəli

Tahir Mirkişili: “Mehriban Əliyevanın bu addımı humanizmə söykənir”

Müəllif: sumqayitxeber.com • Tarix: 18 May 2016 • Baxış sayı: 606 dəfə • Şərh yoxdur
tahir mirkishili“Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın 28 May – Respublika günü münasibəti ilə “Amnistiya aktı” haqqında qanun layihəsinin qəbul olunması ilə bağlı Milli Məclisə müraciəti vətəndaşlarımız tərəfindən böyük humanizm addımı kimi qəbul edilir”. Bu fikirləri millət vəkili Tahir Mirkişili SİA-ya açıqlamasında bildirib
Millət vəkili qeyd edib ki, Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, hakimiyyət bölgüsünə və demokratik təsisatların yaranmasına, qanunun aliliyinə təminat verən yeni Konstitusiya hazırlanması Ulu Öndərimizin adı ilə bağlıdır: “Məhz Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bu müraciəti də xalqımıza qarşı olan sevgidən irəli gəlir. Qeyd edim ki, Mehriban xanım Əliyeva cəmiyyətin həyatını dəyişmək keyfiyyətinə malik, ən aktual məsələləri dərk edən və onlara münasibətdə prinsipial mövqe tutan bir şəxsiyyətdir. Azərbaycan qadınına məxsus ən nəcib, ən ali keyfiyyətləri, mənəvi-əxlaqi dəyərləri özündə birləşdirən və ölkəmizi bütün dünyada ləyaqətlə tanıdan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva öz həyat yolu və fəaliyyəti ilə bütün dünyada tanınır. Mehriban xanımın cəmiyyətimizin inkişafı naminə gördüyü işlər Azərbaycan vətəndaşlarının ictimai-siyasi fəallığını daha da artırır və onları cəmiyyətdə daha yüksək zirvələr fəth etməyə səsləyir. Məhz Mehriban xanım tərəfindən irəli sürülən Amnistiya Aktı bir daha göstərir ki, O, insan hüquq və azadlıqlarının müdafəsində yaxından iştirak edir. Son illər ərzində Azərbaycan parlamentarizmi tarixində ilk dəfə Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış amnistiya aktları böyük mənəvi-əxlaqi, siyasi məzmun kəsb etmişdir. Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü əsasında növbəti Amnistiya aktı isə onun fəaliyyətinin yüksək humanizm və insanpərvərliyə əsaslandığını bir daha təsdiqləyir”.
Rəfiqə Hüseynova
Facebook Şərhləndirmə:

Şərhinizi yazın