Menu
Geri İrəli

Tahir Mirkişili: “Praqmatik islahatlar modeli formalaşdırılıb” AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyul 2016 • Baxış sayı: 628 dəfə • Şərh yoxdur
Share Button

tahir mirkishili“İqtisadiyyatın tərəqqisi, demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazandığımız uğurların əsasında Prezident İlham Əliyevin apardığı siyasi kurs dayanır. İstər iqtisadi, istərsə də siyasi sahədə aparılan islahatlar daim inkişafa xidmət göstərir. Həyata keçirilən islahatlar ardıcıl və kompleks xarakter daşıyır”. Bunu SİA-ya millət vəkili Tahir Mirkişili deyib.

Deputatın sözlərinə görə, ilk növbədə, ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu da bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amildir: “Eyni zamanda, güclü iqtisadi inkişafa hədəflənən bir sıra tədbirlərin görülməsi Azərbaycanın milli tərəqqisini sürətləndirən, milli gücünü artıran başlıca strateji komponent qismində çıxış edir. Prezident İlham Əliyev vurğulayıb ki, 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Konstitusiyada edilməsi nəzərdə tutulan dəyişikliklər ölkəmizdə demokratik inkişaf yolunda atılan mühüm addımlardan biridir”.

T.Mirkişili ölkəmizdə təhlükəsizlik mühitinin təmin və mühafizə olunması istiqamətində ardıcıl tədbirlər ictimai-siyasi sabitliyin davamlılığını şərtləndirir: “Həyata keçirilməsi nəzərdə tutulan bu islahatlar Azərbaycanın demokratik inkişafında mühüm rol oynayacaq. Çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verəcək. Bütün bunları nəzərə alaraq, qeyd etmək olar ki, bu cür islahatlar həm də Azərbaycanın siyasi hüquqi sisteminin inkişafı baxımından spesifik əhəmiyyət kəsb edəcək”.

 

 

Ceyhun Rasimoğlu

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın