Menu
Geri İrəli

Tanınmışlar qiymət artımından danışdılar

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2013 • Baxış sayı: 224 dəfə • 1 şərh

Taarif Şurasının 3 dekabr tarixindən benzin və neft məhsullarının qiymətini artırmasına görəsən sənət adamları necə yanaşır? Bu məqsədlə bir neçə sənətçiyə üz tutduq. 

  “Mən Maliyyə Naziriyəm, ya iqtisadçıyam? Belə sualları mən cavablandırmıram”. Bu sözləri “Axar.az”a Tarif Şurasının bahalaşma ilə əlaqədar qərarına münasibət açıqlamaq istəməyən Xalq artisti Afaq Bəşirqızı dedi.

Xalq artisti Arif Babayev də qiymət artımının dövlətin səlahiyyətində olduğunu bildirdi:   “Mən bir söz deyə bilmərəm. Qiyməti artırıb-azaltmağa gücüm çatmır. Ona görə də bu mənim səlahiyyətlərimə aid olan məsələ deyil”.

Tanınmış şoumen Bəhram Bağırzadə qiymət artımından narazı olmadığını dedi:   “Bu, lap yaxşı oldu. Demək, lap çox işləyəcəyik. Mən iş adamıyam. Səhər saat 8-dən axşam saat 10-a qədər işləyirəm ki, daha çox maşın sürə bilim, daha çox qazana bilim”.

behram

Facebook Şərhləndirmə:

“Tanınmışlar qiymət artımından danışdılar” yazısına bir cavab

  1. meyq deyir:

    nə dove sənətcilərimiz var

Şərhinizi yazın