Menu
Geri İrəli

Türk modasının ən son yenilikləri Bakıda nümayiş olunacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Yanvar 2010 • Baxış sayı: 293 dəfə • Şərh yoxdur

istanbul1Bu ayın sonunda Heydər Əliyev adına İdman-Konsert Kompleksi azərbaycanlı moda sevərlərin marağına səbəb olacaq bir sərgiyə ev sahibliyi edəcək. Belə ki, yanvar ayının 28-dən 30-a kimi 40-dən çox türk şirkətinin geyim və tekstil nümunələrinin nümayiş olunacağı  “İstanbul Fashion Show” Bakıda adlı moda sərgisi keçiriləcək. Türkiyənin “Meridyen Fuarcılık” sərgi şirkəti, Osmanbəy və “OTİAD” (Osmanbəy Türkiyə İş Adamları Dərnəyi) tərəfindən təşkil olunacaq tədbirdə qadın, kişi və uşaq geyimləri, müxtəlif aksessuarlar və s. sərgilənəcək.

Qeyd edək ki, “İstanbul Fashion Show” sərgisi daha öncə Qazaxıstan, Rusiya, Ukrayna, Türkmənistan və s. kimi ölkələrdə keçirilib. Bu ildən etibarən isə “Meridyen Fuarcılık” və “OTİAD” bu sərgini bütün Azərbaycan xalqının diqqətinə təqdim edəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın