Menu
Geri İrəli

Uşaqlarını yeni ildə sevindirmək istəyən sumqayıtlılara şad xəbər

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Dekabr 2013 • Baxış sayı: 601 dəfə • Şərh yoxdur

Bayrama xüsusi hazırlaşan teatrlar və mədəniyyət ocaqları hazırda Yeni il üçün yeni layihələr üzərində işləyirlər.  sumqayitxeber.com kaspi.az-a istinadən xəbər verir ki, mədəniyyət ocaqlarımızın əksəriyyəti bayramda yeni tamaşalar və uşaqların sevimli nağıllarının personajları ilə onlara unudulmaz anlar yaşatmağa hazırlaşırlar.

Sumqayıt Dövlət Musiqili Dram Teatrı ötən il olduğu kimi, “Qış nağılı” adlı səhnəcik hazırlayacaq. Teatrın direktoru Mehman Şükürovun sözlərinə görə, tamaşa dekabr ayının sonundan yanvar ayının əvvəllərinə qədər teatrın repertuarında yer alacaq: “Bayram şənliyində ənənəvi olaraq Qar qız, Şaxta baba iştirak edəcək. İnanıram ki, sumqayıtlılar teatrımızda gözəl əylənə biləcəklər. Niyyətimiz uşaqları əyləndirmək və onlara sevinc bəxş etməkdən ibarətdir”.

shaxta baba

Facebook Şərhləndirmə:

Şərhinizi yazın